Mobil versiya
İşıq və qaz pulu artacaq?
Tarix: 31-05-2016 | Saat: 14:12
Bölmə:İqtisadiyyat | çapa göndər




Yaxın vaxtlarda işıq və qaz pulunun artması gözlənilmir. Bu haqda ANS PRESS-ə Tarif Şurasından bildiriblər.

"Elektrik enerjisi və qaz tarifləri ilə bağlı tarif Şurasına müraciət daxil olmayıb və hazırda bununla bağlı müzakirələr aparılmır", - deyə qurumdan bildirdilər.

May ayının əvvəllərində su pulunun artırılması ilə əlaqədar insanlar arasında digər kommunal xərclərində də artma ehtimalına dair suallar yaranıb.

Azərbaycan Respublikası Tarif Şurasının mayın 13-də keçirdiyi növbəti iclasda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

"Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə