Mobil versiya
Könül Nurullayeva: “Pelosinin Ermənistana səfəri sülh müqaviləsinin gecikməsinin əsas səbəbini ortaya çıxardı”
Tarix: 19-09-2022 | Saat: 15:42
Bölmə:Media | çapa göndər

Könül Nurullayeva: “Pelosinin Ermənistana səfəri sülh müqaviləsinin gecikməsinin əsas səbəbini ortaya çıxardı”

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri, orada verdiyi bəyanatlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına xidmət etmir. Bu, açıq şəkildə Pelosinin öz siyasi ambisiyaları və lobbi maraqlarına xidmət edən fəaliyyətidir. Burada öz yarıtmazlığı ilə artıq tarix olan ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu dirçəltmək cəhdi də açıq görünür. Bu yanaşma ilə 85 yaşlı Pelosi Ermənistan üzərindən regionda müdaxilə siyasətini reallaşdırmağa cəhd edir. Bu mövqe regionda gərginlik yaradaraq, ABŞ-ın Azərbaycan ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəiflədir. Bu, Pelosinin siyasi karyerasının ilk təcrübəsi deyil. O, Tayvana da provokativ və qızışdırıcı səfər etməsilə yadda qalıb.

Təəssüf ki, eyni yanaşma bir vaxtlar həmsədrlik missiyasını yerinə yetirən Fransa tərəfindən də sərgilənir. Fransanın BMT-də TŞ-da sərhəd toqquşmasını gündəliyə gətirməsi bu ölkəyə də etimadı azaldır. Halbuki istər Fransa, istərsə də ABŞ bu kimi faydasız və provokativ addımlardansa, Brüssel sülh gündəliyini dəstəkləməlidirlər. Hər dəfə Brüssel görüşündən sonra Vaşinqtondan və Parisdən sözdə sülhə dəstək bəyanatları eşitsək də, son davranışlar sabiq vasitəçilərin əslində Ermənistanı qızışdıraraq, sülh gündəliyinin irəli getməsinə imkan vermədiyini görürük. Bu isə Şarl Mişel və Aİ-nin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşılması qənaəti yaradır. Bir tərəfdən MQ-nu canlandırmağa çalışır, digər tərəfdən Ermənistana əsassız ümidlər verirlər. Avqustun 31-də Brüssel görüşündə real nəticələrin olmaması da bu siyasətin nəticəsi idi. Məhz bu dəstəkdən cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina edərək, genişmiqyaslı təxribatlara əl atdı. Kimin dəstək verməyindən asılı olmayaraq, regionda söz sahibi, postmünaqişə dövrünün şərtlərini diktə edən tərəf Azərbaycandır. 30 illik işğala 44 gündə son qoyaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün sərhədlərinin də təhlükəsizliyin təmin edir. Bu məsələdə heç kim rəsmi Bakının daxili işlərinə qarışa bilməz. Ermənistanda da kənar dəstəklərə arxalanmaqdansa, siyasi-diplomatik provokasiyalarla alternativ gündəlik yaratmaqdansa sülh sazişi imzalamaq istiqamətində çalışmalıdır. Bölgənin təhlükəsizliyi naminə bütün fəaliyyət bu istiqamətə yönəlməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024