Mobil versiya
"Atası uşağı 3 min manata satdı"
Tarix: 19-09-2022 | Saat: 15:09
Bölmə:Media | çapa göndər

"Atası uşağı 3 min manata satdı"

Bakı Ağır Cinayətlər Məhkəməsində uşaq oğurluğunda suçlanan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AİA.Az Trend-ə istinadən bildirir ki, prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, o uşağı oğurlamayıb, valideynləri azyaşlını ona pul müqabilində satıb.

"Mənə qarşı irəli sürülən bu ittiham yalandır. Uşağı öz atasının razılığı ilə götürüb aparmışam.

Uşağı atası satıb. Məhəmmədə görə atasına 3 min manat pul vermişəm. O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim niyyətim o uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub".

O, əlavə edib ki, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri də evdə olub.

İttihama görə, 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində 2-yaşlı Məhəmməd Şıxəliyev oğurlanıb. Hüquq mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində uşağın yeri yanvarın 8-də müəyyənləşdirilib.

Gültəkin Muradova şübhəli şəxs qismində saxlanılıb. O Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024