Mobil versiya
Xalq artistinin qızı: “Atam gecələr yatmır, əsəbiləşir”
Tarix: 19-09-2022 | Saat: 14:08
Bölmə:Şou-biznes | çapa göndər

Xalq artistinin qızı: “Atam gecələr yatmır, əsəbiləşir”

"Atamın sağlamlıq vəziyyəti hələ də ağır olaraq qalır. Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatından keçəndən sonra onu nevropotoloqa apardım. Həkimin sözlərinə görə, atamın başında və ürəyində taxikardiyası var. Yəni ürək döyünmələrinin sayı artıb. Bundan savayı beyninə oksigen getmir və əsas da şəkər xəstəsidir. Nevropatoloq bir həftəlik müalicə kursu yazıb. O, sakitləşdirici dərmanlar qəbul edir, eyni zamanda ona müxtəlif sistemlər köçürülür".

AİA.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artistinin qızı Aytən Həsənova açıqlayıb.

Sənətkarın qızı bildirib ki, atasının başına oksigen getmədiyindən və nevroloji problemlərin olduğundan gecələr yuxuya gedə bilmir.

"İştahası tamamilə kəsilib. Balaca uşaq ondan qat-qat artıq çox yemək yeyir. Gündə 20 yaxın həb qəbul edir, davamlı sistemlər köçürülür. Bu səbəbdən güclə də olsa ona yemək yedizdirməyə çalışıram. Nevropatoloq onun yuxuya getməsi və sakitləşməsi üçün müxtəlif preparatlar yazıb. Onları qəbul etsə də, yenə də atam gecələr yatmır. Bir saat yatır, sonra durub ya oturur, ya da ki evdə gəzir. Tez-tez əsəbiləşir. Atam həddən artıq zəifdir. Dərmanlardan və iynələrdən bezdiyini söyləyir. Onun sağalması üçün əlimdən gələni əsirgəmirəm".

Ənvər Həsənovun qızı atasının bu vəziyyətə düşməsinin işdən ayrılması və illərlə müalicələrdən uzaq qalması ilə əlaqələndirib.

"Atam illərlə teatrda işləyib və heç zaman müalicə olunmayıb. O, bütün ömrünü sənətə həsr edib. Bir yeri ağrıyanda nə həkimə baş çəkib, nə də ki xəstəxanaya gedib. Evdə qalmağı hər şeydən üstün tutub. İllərlə yığılan sağlamlıq problemləri indi bir-bir başlayıb üzə çıxmağa. Atam teatrdan ayrıldıqdan sonra xeyli müddət işsiz qaldı. Bundan sonra onda depressiya yarandı, stressə düşdü. Hər şeyi ürəyinə salıb. Ürək də artıq bunlara dözmür".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə