Azərbaycan müxalifəti yenədə özlərinə xas olan çirkin niyyətlərini ortaya çıxartmış oldular.
Tarix: 17-09-2022 | Saat: 11:19
Bölmə:Media | çapa göndər
Müzəffər Azərbaycan Ordusunun Zəfərinə sevinməyən, kədərə qərq olan şovinist və revanşist ermənilərlə bir sırada dayanan bəzi radikal müxalifət nümayəndələrinin orda-burda səslənən fikirlərində milli zəfər yürüşümüzə kölgə salmaq, uğurlarımıza çamur atmaq, niyyətləri hiss edilməkdədir. Yoxsa Paşinyanın başına vurduğumuz zopanın bir ucu da onlara dəyib və yaddaşlarını itiriblər? Məncə yaddaşları əvəzinə milli hisslərini itirblər deyə satıqnçılıq və xəyanətkarlıq əməlləri ilə məşğuldurlar. Son günlərdə qəhrəman Azərbaycan oğullarının əldə etdiyi uğurları görməzdən gələrək ağızlarına gələnləri danışanlar, yazanlar, yaxşı olar ki, yazasınız, şəxsən siz, hər biriniz Vətən Müharibəsində Qarabağ üçün nə etdiniz? Şəhid verdinizmi? Bir şəhid anasını bağrınıza basıb, gözünün yaşını sildinizmi? Əlbətdəki xeyir. Çünki bu nəcib əməllər sizlərə xas olan deyil. Sizlərə əsil xas olan hərəkətlər budur ki, hər hansı bir əsası olmayan və başdan ayağa əsassız olan bir məsələni tutub ucuzluğa gedərək şəxsi maraqlarınız naminə divident əldə edəsiz. Qrant almaq qarşılığında şəhid adından sui-istifadə etməklə vətənə, millətə, xalqımıza və ən əsasıda bizlər üçün çox əziz olan şəhidlərimizə qarşı hörmətsizlik edirsiz.
Vətən Müharibənin ilk günlərində cənab Ali Baş Komandan xalqa müraciətində dərin mənalı bir fikir söylədi:" Nəyi, nə zaman və necə etməyi mən bilirəm!" Bəli, zaman göstərdi ki, həmişə olduğu kimi, bu dəfə də cənab Prezident İlham Əliyev xalqının və Vətəninin naminə ən doğru olanını edib, edir və gələcəkdə də edəcəkdir.Şəxsən mən Qarabağın yenidən qurulacağı, çiçəklənəcəyi, inkişaf edəcəyi, dünyanın turizm mərkəzlərindən birinə çevriləcəyi günlərin lap yaxında olduğunu hiss edirəm. Ümummilli lider Heydər Əliyev böyük müdrikliklə deyirdi: Tarix hər şeyi öz yerinə qoyur! Tarixin güllü- çiçəkli, şərəfli səhifələri də var, zibilli, küncü də. Tarixdə harada dayanmağı isə hər kəs özü müəyyən edir; öz əməli ilə, xisləti ilə, fəaliyyəti ilə!
Saatlı rayonu Mollavaizlı kənd sakini
Yeni Azərbaycan Partiyasının üzvü
Vətən müharibəsi qazisi Kapitan Rövşən Ağayev
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024