Rusiya XİN Ermənistanın sərhəddəki təxribatları ilə əlaqədar bəyanat yayıb
Tarix: 13-09-2022 | Saat: 12:35
Bölmə:Media | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Azərbayanla sərhəddəki son təxribatları ilə əlaqədar bəyanat yayıb.
Trend-in məlumatına görə, Rusiya ötən gecə baş vermiş hadisələrlə bağlı narahatlığını bildirib.
"Sentyabrın 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin fərqli rayonlarında vəziyyətin qəfil kəskinləşməsi ilə bağlı dərin narahatlığımızı ifadə edirik", - bəyanatda deyilir.
Rusiya tərəfləri vəziyyətin gərginləşməsindən qaçınmağa, təmkinlilik nümayiş etdirməyə və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarına uyğun olaraq atəşkəs rejiminə əməl etməyə çağırır.
"Biz Bakı və İrəvanla sıx təmasdayıq", - bəyanatda deyilir.
(Tərcümə: Orxan Nəbiyev)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər