Mobil versiya
TKT imtahanlarına qeydiyyat aparılır
Tarix: 09-09-2022 | Saat: 16:25
Bölmə:Təhsil | çapa göndər

TKT imtahanlarına qeydiyyat aparılır

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat davam edir.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyasının 1, 2, 3, YL (azyaşlı öyrənənlər) və CLIL (dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.

İmtahan oktyabrın 29-da keçiriləcək. Qeydiyyat sentyabrın 15-dək aparılır.

Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) və “LinguaSkill” imtahanlarını təklif edir.

“Cambridge” imtahanlarına qeydiyyat və ətraflı məlumat DİM-in saytında yerləşdirilib. Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024