Mobil versiya
Azərbaycanın enerji diplomatiyası - FOTOLAR
Tarix: 09-09-2022 | Saat: 12:36
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanın enerji diplomatiyası


09.09.2022-ci il tarixdə YAP Samux rayon təşkilatında “Azərbaycanın enerji diplomatiyası” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. G.Bayramov vurğuladı ki, Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya səfəri 7-ci işgüzar səfər idi. Əlbəttə, bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasətidir. Azərbaycan dövləti Avropanın enerji təhlükəsizliyində getdikcə artan rola sahibdir. O cümlədən İtaliya üçün də bu planda Bakı ilə strateji tərəfdaşlığın əhəmiyyəti xüsusilə vurğulanmalıdır.

Sonra tədbirdə Samux rayon Statistika idarəsinin rəis müavini Allahverdi Məmmədov çıxış edərək İtaliya ilə Azərbaycan arasındakı qarşılıqlı ticarət əlaqələrinin geniş dövriyyəsindən, İnstitut qəsəbə tam orta məktəbin gənc müəllimi Dilarə Əsgərova İtaliya ilə Azərbaycan arasındakı təhsil əlaqələrindən geniş məlumat verdilər. Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov və AzMSS ərazi partiya təşkilatının sədri Namiq Cəfərov isə belə xarici görüşlərin əhəmiyyəti dair xeyli faktları tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Natiqlər vurğuladılar ki, Azərbaycanın nəhəng enerji layihələrində iştirakı ölkəmizin enerji ehtiyatlarını artırmaqla yanaşı, digər tərəfdən Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığına da çox müsbət təsir edir.

Ümumilikdə Prezident İlham Əliyevin İtaliyaya iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edən səfəri olduqca uğurlu və məhsuldar keçdi.

Tədbirdə Azərbaycan Prezidentinin İtaliyaya səfərinin əhəmiyyəti təhlil olunub və səfərin iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyi vurğulandı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024