Mobil versiya
Azərbaycan dünyada etibarlı enerji təminatçısıdır
Tarix: 07-09-2022 | Saat: 11:39
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan dünyada etibarlı enerji təminatçısıdır



Dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycan Respublikası uğurla inkişaf edir, bütün sahələr üzrə qarşıya qoyulan vəzifələr icra olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində çox önəmli addımlar atılır və ölkəmizin beynəlxalq aləmdə nüfuzu günbəgün artır.Bunun nəticəsində dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə həmrəylik daha da dərinləşir, fəal əməkdaşlıq genişləndirilir və qarşılıqlı beynəlxalq dəstək qazanılır.

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması,infrastrukturun inkişafı və digər sahələrdə də nəzərəçarpacaq irəliləyişlərə nail olunmuşdur.Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, həmçinin Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması bütün dünya ölkələrini, eləcə də Avropa İttifaqını özünə cəlb edən amillərdir.

44 günlük Vətən müharibəsində tarixi qələbədən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. Azərbaycanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi naminə yaratdığı reallıqları Avropa İttifaqı da bəyənir və bunun üçün də ölkəmizin təşəbbüslərini dəstəkləyir, sülh və əməkdaşlığa öz töhvəsini verməyə çalışır.
Brüsseldən İtaliyaya gələn möhtərəm prezidentimiz cənab İlham Əliyev sentyabr ayının 2-də bu ölkənin Çernobbio şəhərində keçirilmiş“Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda mühüm məqamlarla yadda qalan çıxış etmişdir.Prezidentimiz bildirmişdir ki, bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz vardır.Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik.Daha bir əhəmiyyətli məqam Azərbaycanın Avropanın enerji təminatçısı və təhlükəsizliyi rolunda yer alması reallığıdır. Azərbaycan artıq uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır.


Prezidentimiz onu da qeyd edib ki, həmin vaxtlar açıq dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın ixrac kəmərlərinə ehtiyacı var idi: “Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq”. Artıq Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycanın Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilmişdir. Ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür.
Prezidentimizin İtaliyaya işgüzar səfəri enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması ilə də yaddaqalan oldu. Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə Azərbaycan arasında yeni bir səhifə açdı.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024