“Milli Prioritetlərin reallaşdırılmasına ictimai dəstək” layihəsinə start verildi
Tarix: 01-09-2022 | Saat: 17:30
Bölmə:Media | çapa göndər
“Milli Prioritetlərin reallaşdırılmasına ictimai dəstək” adlı layihə həyata keçirilir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni həyat iqtisadi-inkişaf” ictimai birliyi tərəfindən həyata keçiriləcək layihənin məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in təbliğində Vətəndaş Cəmiyyətinin rolunun artırılmasından ibarətdir.
Layihə barəsində məlumat verən təşkilat sədri Ədil Ədilzadə qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”- öz unikallığı və dolğun tərtibatı ilə mükəmməl sənəddir. Yerli və beynəlxalq ekspertlərin müsbət rəyi əsasında həyata keçirilən konsepsiya prioritet kimi özündə 5 istiqaməti ehtiva edir. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir: “Təşkilat olaraq bu istiqamətdə İsmayıllı, Hacıqabul, Şirvan şəhərində maarifləndirmə işini həyata keçirmişik. Həyata keçirdiyimiz tədbirlər zamanı yerlərdə vətəndaşlara konsepsiya barəsində ətraflı məlumat verilib. Layihə çərçivəsində çap olunan kitabça paylanılıb. Elektron KİV-lərdə 12 Millət vəkilinin bu istiqamətdə yazıları işıqlanıb”.
Layihə rəhbəri onu da bildirib ki, həyata keçirilən maarifləndirmə işi 2 rayon 1 şəhəri əhatə etməsinə baxmayaraq düşünürük ki, bu kimi maarifləndirmə işi davamlı olarq həyata keçirilməlidir: “Bu ondan irəli gəlir ki. Təşkilatın ayrı-ayrı üzvləri regionlarda vətəndaşlar arasında sorğu keçirib. Milli Prioritetlər barəsində nə dərəcədə məlumatlı olmasını öyrənməyə çalışıb. Sorğuda müxtəlif yaş kateqoriyasından olan 100-dən artıq vətəndaş iştirak edib. Təəssüf ki, Respondentlərin böyük əksəriyyəti Milli Prioritetlərdən məlumatsız olduğunu bildirib. Təşkilat olaraq sorğu nəticələrini əldə rəhbər tutaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-lə bağlı maafirləndirmə işinin davamlı həyata keçirilməsinin vacibliyinə zəmin yarandığı qənaətindəyik. Belə tədbirlərin həyata keçirilməsi, vətəndaşların Milli Priotetlərlə məlumat almaqla yanaşı Prioritetlərin yerinə yetirilməsi istiqamətində atılan addımlar barəsində ətraflı məlumat əldə edəcək. Ən əsası vətəndaş biləcək ki. Qəbul olunan bu möhtəşəm sənəd bir başa onun həyat və fəaliyyətinə müsbət təsir göstərəcək”.
Layihənin ideyası barəsində məlumat verən Ədil Ədilzadə onu da deyib ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi elan etdiyi müsabiqədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına dəstək üzrə təşəbbüslər xüsusi bölmə kimi qeyd olunması vətəndaş cəmiyyətinin prosesdə rolunun daha da artırılmasına xidmət edir: “Təşkilat olaraq maarifləndirmə prosesinin daha geniş arenada aparılması və daha çox vətəndaşımızın Milli Priotetlərdən yararlanması üçün Azerbaycan2030.com saytının yaradılması zəruridir. Belə bir saytın yaradılması ilə yanaşı regionlarda təbliğinin aparılması, Priotetlərdən doğan fəaliyyət barəsində Bakı şəhərində olan Ali Təhsil müəssisələrində (İqtisad Universiteti, Texniki Universitet, Memarlıq və İnşaat Universitetində) tələbələr arasında maarifləndirmə işi həyata keçiriləcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024