AZAL-ın helikopterləri 4-cü dəfə hərraca çıxarıldı
Tarix: 05-09-2022 | Saat: 17:52
Bölmə:İqtisadiyyat | çapa göndər
Oktyabrın 10-da "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin balansında olan 3 helikopter 4-cü dəfə - 25% endirimlə hərraca çıxarılacaq.
Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, "Airbus Helicopters EC-155B1", "Airbus Helicopters EC-155B1" və "Airbus Helicopters EC-135P2" markalı helikopterlərin hər birinin start qiyməti 1,5 milyon manat olacaq. Bunun 10%-i beh kimi ödənilməlidir.
Sifarişlər Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Behin köçürülməsini təsdiq edən sənəd.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-12-2024