Mobil versiya
Bilal Əliyev söyüş söydüyü videoları yayanları hədələdi: “Siyahı hazırlanır...”
Tarix: 05-09-2022 | Saat: 16:05
Bölmə:Şou-biznes | çapa göndər

Bilal Əliyev söyüş söydüyü videoları yayanları hədələdi:

“Hamısını məhkəməyə verəcəyəm”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Bilal Əliyev “TikTok”da izləyicilərini təhqir etməsi ilə bağlı yayılan videolardan danışarkən deyib.

Xalq artisti bildirib ki, həmin videoları digər sosial şəbəkələrdə yayan izləyicilərin hər birini məhkəməyə verəcək:

“Hazırda bunun üzərində iş gedir, siyahı hazırlanır. Həmin videoları yayanların ümumi siyahısı məhkəməyə veriləcək. Məhkəmədə uduzanların hər biri cərimə olunacaq, bir hesab açacağıq və pul həmin hesaba ödəniləcək. Mənə elə sözlər yazırdılar ki... Ona görə də həmin izləyicilərə elə cavab vermişəm”.

Qeyd edək ki, Xalq artisti Bilal Əliyev “TikTok”da izləyicilərini təhqir edib və həmin videolar sosial şəbəkələrdə geniş yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə