Mobil versiya
Sosial-İqtisadi Kollecin müəllimlərinin daha bir uğuru
Tarix: 02-09-2022 | Saat: 15:58
Bölmə:Təhsil | çapa göndər

Sosial-İqtisadi Kollecin müəllimlərinin daha bir uğuru

AİA.Az xəbər verir ki, UNEC-in nəzdində Sosial-İqtisadi kollecin göstəriciləri ilbəil yüksəlir. Hər il bu təhsil ocağını bitirən məzunlar müxtəlif ali təhsil ocaqlarına qəbul olurlar. Builki məzunlarımızın nəticələri də bizi çox sevindirir. Fərəhləndirici haldır ki,kollecin "Mühasibat uçotu" ixtisasının 576R saylı qrupunun 21 məzunundan 17-si bakalavr kimi ölkəmizin müxtəlif ali məktəblərində təhsillərini davam etdirəcəklər. Həmin qrupdan 2 nəfər məzun tələbə isə qardaş Türkiyə Cümhuriyyətinin ali məktəblərinə qəbul olublar. Sevindirici hal odur ki, həmin məzun tələbələrin 7-si bakalavr kimi Azərbaycan Dövlət İqtisad Universtetində təhsil alacaqlar. Qeyd edək ki, bu il UNEC-in nəzdində Sosial-Iqtisadi kollecini 450 dən çox tələbəsi subbakalavr pilləsini bitirib və bu yalnız bir qrupun nəticəsidir. Digər qrupların məzunlarını da tələbə adı qazanmaqları münasibəti ilə təbrik edirik.
Məzunlarımızın bu nailiyyətlərinin arxasında kollecin pedaqoji kollektivinin hər kəsə örnək olan nümunəvi fəaliyyəti durur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024