Mobil versiya
Niyamla evlilik xəbərindən danışdı: “Həyatımı məhv etdim”
Tarix: 01-09-2022 | Saat: 10:14
Bölmə:Şou-biznes | çapa göndər

Niyamla evlilik xəbərindən danışdı:

"Bilirdim ki, şoudur. Oğlumu başqa fikirlərlə mənə qarşı doldurdular, qalmaqal yaratdılar. Hələ ki, uşaqdır, 16 yaşı var. Ana ilə övladın arasına girmək olmaz".

aia.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova aparıcı Tarix Əliyevin (Tolik) "Tam səmimi" yutub layihəsində deyib. Sənətçi həmkarı Niyam Salami ilə evlənəcəyi ilə bağlı yayılan məlumatların ailəsində qalmaqala səbəb olduğunu bildirib:

"Oğluma dedim ki, sənətimi özün bilirsən. Hər bir yerdə, hər şeydə yanımda ol. Sənin anan yanlış həyat tərzi yaşayan qadın deyil, mənimlə fəxr edə bilərsən. Müğənni olmağıma baxmayaraq sabah bir dostunun, yaxınının yanında mənə görə utana bilməzsən. Ona görə deyirəm ki, həyatımı məhv etdim. Çünki övladlarım, doğmalarım, dayım, onun gəlini var. Ata tərəfim Amerikada, Almaniyada yaşayır. Nəyə görə onların yanında mənim adım çəkiləndə artıq bir sözlər deyilməlidir?".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-11-2024