Mobil versiya
“Zerkalnı Əliyar” polis idarəsinə çağırıldı
Tarix: 25-08-2022 | Saat: 18:20
Bölmə:Media | çapa göndər

“Zerkalnı Əliyar” polis idarəsinə çağırıldı

Bakıda dəfələrlə yol hərəkəti qaydalarını kobudcasına pozan və sosial şəbəkələrdə görüntüləri yayılan "Zerkalnı Əliyar" adı ilə tanınan sürücü polis idarəsinə çağırılıb.



AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğlu barəsində çoxsaylı məlumatlar yayıldıqdan sonra Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə çağrılıb. Onun barəsində tərtib edilmiş protokol, 4 bal və 100 manatlıq cərimə özünə elan edilib. Həmçinin dilindən bir daha bu tip hərəkətlərə yol verməyəcəyinə dair iltizam alınıb.

O da bildirilib ki, Azərbaycanda bu yaşda insanların inzibati məsuliyyətə cəlb edilərkən onlara inzibati həbs cəzasının verilməsi təcrübəsindən istifadə edilmir.

Qeyd edək ki, avqustun 20-si Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində nəqliyyat axınının əksinə hərəkət edən və digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan "Toyota Prado" markalı avtomobilin görüntüləri yayılıb. Əvvəllər də dəfələrlə qəza şəraiti yaradan, bir neçə dəfə qəza törədən və cərimə edilən avtomobilin sürücüsünün ahıl şəxs olması cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib, o, intizamsız sürücü kimi tanınır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024