Mobil versiya
Azərbaycandan Rusiya və İrana keçmək istəyənlər SAXLANILDI
Tarix: 23-08-2022 | Saat: 14:23
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycandan Rusiya və İrana keçmək istəyənlər

Azərbaycandan Rusiya və İrana qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən aia.az-a verilən məlumata görə, avqust ayının 22-də saat 06:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 (üç) nəfər naməlum şəxsin Azərbaycan Respublikasından Rusiya Federasiyasına doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılmışlar. Araşdırma zamanı onların Azərbaycan vətəndaşı, Ağdaş rayon sakinləri 1986-cı il təvəllüdlü Həsənov Elşad Elxan oğlu, 1986-cı il təvəllüdlü Cahangirov Əkbər Vüqar oğlu və 1987-ci il təvəllüdlü İsayev Xəyyam İntiqam oğlu olması müəyyənləşdirilmişdir.

Avqust ayının 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən 1 (bir) nəfər Azərbaycan vətəndaşı, Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılmışdır.

Araşdırma zamanı E.Əliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qanunsuz yolla İran İslam Respub­likasına keçməyə cəhd etməsi müəyyənləşdirilmişdir.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025