Quba xəstəxanasında dərmanları xəstələr özləri alırlar? - AÇIQLAMA - AÇIQLAMA
Tarix: 19-08-2022 | Saat: 17:51
Bölmə:Media | çapa göndər
Quba rayon sakini xəstəxanadakı şəraitdən narazıdır.
Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaş Anar Baxışov bildirib.
Onun sözlərinə görə, atası Nizami Baxışov avqustun 17-də özünü pis etdiyi üçün Quba Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb:
“Qəbul şöbəsində Kamran həkimin gəlməsi üçün bir müddət gözləməli olduq. Həkim gəldikdən sonra valideynimə sistem qoşulması lazım olduğunu bildirdi və mənə dərmanları özümüzün almalı olduğumuzu dedi.
“Niyə biz alırıq ki? Xəstəxanada dərman yoxdur?” deyə bildirdim. Kamran həkim kəskin şəkildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) onlara dərman vermədiyini qeyd etdi”.
Məsələ barədə Quba Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Baxışov Nizami Məmməd oğlu 17.08.2022-ci il tarixində saat 20:22-də Quba RMX-nin təcili tibbi yardım şöbəsinə müraciət edib:
“İlkin müayinə zamanı vətəndaşın vəziyyətinin stabil olduğu təsbit edilib və ambulator müalicə təyin edilib. Daha sonra vətəndaşın oğlu tərəfindən atasına təcili olaraq sistem köçürülməli olduğu əsas gətirilib, lakin müayinə həkimi tərəfindən N.Baxışovun hemodinamik göstəricilərinin stabil olduğu və bu səbəbdən də infuziyaya ehtiyac duyulmadığı vurğulanıb. Qeyd edək ki, şikayətdə əks olunan digər iddialar həqiqəti əks etdirmir”.
İlhamə Əbülfət
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər