“15 yaşımdan toylara getmişəm, heç kimə ehtiyacım olmayıb ki, kimsə mənə nəsə alsın”
Tarix: 10-08-2022 | Saat: 14:56
Bölmə:Şou-biznes | çapa göndər
"Müğənnilik xərcləri çox olan sənətdir. Sənətdə ilk addımlayanda bu xərclər daha çox olur. Allah mənə güc verib, onların öhdəsindən gəlmişəm. Mənim heç kimə ehtiyacım olmayıb ki, kimsə mənə nəsə alsın. Mən belə olmuşam. Nə var min şükür. Allah mənə hər şeyi nəsib edib. 15 yaşımdan toylara getmişəm, heç bilməmişəm illəri necə gəlib keçib"
AİA.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra ailə həyatı ilə bağlı sualı cavablayıb.
"Mənə çox sual verirlər ki, "Niyə ailə həyatı qurmursuz?". Ailəni bir dəfə qurarlar. Bir dəfə gətirdi, gətirdi, gətirmədisə o da Allahın işidir. Allah bu tərəfdən verir, ordan alır. Qismətə, alın yazısına inanıram" deyə sənətçi bildirib.
Mənzurə Musayeva həmçinin plastik əməliyyatlara da münasibət bildirib.
"Bəzən instaqramda yazırlar ki, üzünüzdə əməliyyat etdirmisiz? Mən hələ bu yaşıma qədər üzümdə heç bir əməliyyat etdirməmişəm. Kosmetoloq dostlarım var, bəzən çağırırlar, üzümün bəzi nahiyələrində prosedurlar həyata keçirirlər. Üzümdə əməliyyat keçirməkdən qorxuram. Edərəm, edərəm pis günə düşərəm. Bu mənə lazımdır? Mənim sadəcə burnum bir neçə dəfə əməliyyat olunub, əslində burnum böyük deyildi, sadəcə olaraq nəfəs almaqda çətinlik çəkirdim. Mən məcbur olub burun əməliyyatı etdirmişəm. Oxuyuram axı! İndi yaxşı nəfəs ala bilirəm" deyə müğənni bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər