Babək Əliyev: “Mən bu vəziyyətdən çox pis qorxu, həyəcan keçirərək ərizəmi yazıb işdən ayrıldım...”
Tarix: 28-07-2022 | Saat: 17:43
Bölmə:Media | çapa göndər
AİA.Az sayıtının elektron poçtuna vətəndaş Əliyev Babək Əlövsət oğlu tərəfindən şikayət xarakterli məktub daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik.
“Mən, Əliyev Babək Əlövsət oğlu, 1989-cu ildə Qubadlı rayonu Tinli kəndində anadan olmuşam. 1996-2007-ci illdərdə Sumqayıt şəhər, 39 saylı tam orta məktəbində təhsil alıb, 11-ci sinifini bitirmişəm. 2008-2014-cü illərdə Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində ali təhsil alaraq, Jurnalistika ixtisasına yiyələnmişəm. 2014-2015-ci illərdə hərbi xidmətdə olmuşam. 2016-cı ildə ailə həyatı qurmuşam. İki övladım var. 2019-cu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinə gizir hərbi rütbəsində xidmətə qəbul olmuşam. Xidmət etdiyim müddət ərzində, dünyada və Azərbaycanda yayılan koronavirus pandemiyasına qarşı, həmçinin ikinci Qarabağ müharibəsi zamanı üzərimə düşən vəzifə borclarımı layiqincə yerinə yetirib, komandir heyəti tərəfindən təşəkkür almışam.
Sizə müraciətimin səbəbi 2021-ci il aprel ayının 15-də Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Modul Tipli Hospitalında baş verən korrupsiya faktları ilə bağlı baş həkim və onun köməkçilərinin barəsində başlanmış cinayət işi ilə əlaqədardır. Belə ki, 20.04.2021-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin cinayət işinin istintaqı ilə bağlı çağrılmışam. Buna səbəb həbs edilənlərdən biri ilə, yəni həmin hospitalda qeydiyyatçı vəzifəsində işləyən İmanlı Taleh Mövlamverdi oğlu ilə qohumluq əlaqəmin olması idi. Hər ikimiz eyni qrumda işləyirdik. Mən hərbi qulluqçu kimi, o isə, həmin hospitalda inzibati heyətdə qeydiyyatçı vəzifəsində xidmət etmişdir. İstintaqa çağrılan zaman müstəntiqlər ifadəmi almış, rəhbər heyət məni şifahi dindirmişlər. İfadəmi verdikdən sonra sərbəst buraxılmışam və barəmdə heç bir hüquqi tədbir tədbiq edilməmiş, ittihamedici qərar qəbul olunmamışdır. Lakin, bir gün sonra xidmət etdiyim Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin 9982 saylı hərbi hissəsinin komandiri polkovnik Rəşad Vəzirov məni əsassız şəkildə təqsirləndirilən şəxslə cinayət ortağı kimi günahlandırıb, ittiham etmiş və mənə şər-böhtan ataraq əsassız sözlər bildirmişdir. Mən hərbi hissə komandirim polkovnik Rəşad Vəzirova istintaqın nəticəsini gözləməyini və barəmdə prokurorluğun çıxaracağı ittihamın nəticəsinə uyğun işdən azad edilməyimi bildirsəm də o, heç bir əhəmiyyət verməyərək, öz xidməti otağında daxili rabitə vasitəsini gətirib mənə göstərərək, “Dövlət Təhlükəsizliyi Xidməti və hərbi prokurorluq səni axtarır ərizəni yaz könüllü olaraq xidmətdən çıx, yoxsa bunun aqibəti çox pis olacaq” sözlərini bildirmişdir. Mən bu vəziyyətdən çox pis qorxu, həyəcan keçirərək ərizəmi yazıb işdən ayrıldım. Ərizəmi yazdıqdan 4 iş günü keçdikdən sonra müvafiq əmrə əsasən xidmət rəisi məni xidmətdən azad etdi.
Bu hadisədən bir neçə gün sonra atam, Əliyev Əlövsət Mikayıl oğlu ilə birlikdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə könüllü olaraq yaxınlaşıb, işdən hədə-qorxu vasitəsilə azad olunmağımla bağlı məlumat vermişəm. Müstəntiq mənim işdən azad olunmağım barədə məlumatının olduğunu, bu barədə rəhbər heyətə məruzə edəcəyini və mənə köməklik göstərəcəklərini bildirmişdir.
Bir neçə gündən sonra yenidən atam Əliyev Əlövsət Mikayıl oğlu ilə birlikdə xidmət etdiyim Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi cənab general-leytenant Şahmar Ənvər oğlu Paşayevin qəbuluna getdik. Xidmət rəisinin müavini cənab general-mayor Məhərrəm Həsənov atamı qəbul edib, müraciətini dinləyərək, istintaq yekunlaşdıqdan sonra, barəmdə heç bir ittiham hökmü çıxmayacağı təqdirdə köməklik göstərib xidmətə bərpa edəcəklərini bildirmişdir.
Hazırda mənim barəmdə heç bir ittiham hökmü çıxarılmamışdır. Həmin müddətdən bir il keçməsinə, baş vermiş cinayət hadisəsi ilə heç bir bağlılığımın olmamasına baxmayaraq məni xidmətə bərpa etmirlər. Öz ərizəmlə xidmətdən xaric olunmağıma baxmayaraq, hərbi xidmət keçmə haqqında Nizamnamənin 156-cı maddəsinin E bəndinə əsasən hərbi xidmətdə xidmətə uyğunsuzluq kimi xaric olunduğumdan, heç bir hərbi birləşmələrə xidmətə qəbul olunmamağım mənə ciddi problemlər yaradır.”
Redaksiyadan: Məsələyə münasibət bildirmələri üçün Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətilə dəfələrlə telefon əlaqəsi yaratmaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024