Yaqut Qarayeva: Hazırda koronavirus ilə bağlı epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır
Tarix: 28-07-2022 | Saat: 16:01
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Son aylarda bütün dünyada COVID 19 virusuna yoluxma hallarında ciddi artım var. Bu vəziyyət bizim ölkəmizə də təsirsiz keçmədi. Azərbaycanda da son həftələrdə yoluxma hallarında ciddi artım müşahidə edirik. Hazırda ölkəmizdə təşvişə səbəb olacaq vəziyyət yoxdur.
AİA.Az TƏBİB-in rəsmi feysbuk səhifəsinə yerləşdirilən videoçarxa istinadla bildirir ki, bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
“Bütün epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır. Lakin həssas, risk qrupuna aid olan şəxslər özlərini qorumalıdır. Qapalı məkanlarda, kütləvi insanların toplandığı yerlərdə maskadan istifadə edilməsini, məsafənin saxlanılmasını və əl gigiyenasına əməl edilməsini tövsiyə edirik. Eyni zamanda koronavirusa qarşı 3-cü doza peyvənd vaxtları gələn şəxslərin payız ayları öncəsi vaksin vurdurması vacibdir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024