Mobil versiya
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Tarix: 12-10-2026 | Saat: 20:30
Bölmə:Ölkə | çapa göndər

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi


Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb.

Masazır qəsəbəsində 4 avtomobili yandıranlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar.

Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurmuşdu. Artıq cinayətin icraçı və sifarişçiləri DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək və tutulublar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutlar toplanır.

Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.

Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobilləri tamamilə yanaraq kül olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-10-2026