Ekologiya Nazirliyinin nəzərinə - Bakıxanov meşə zolağının acınacaqlı vəziyyəti — FOTOLAR
Tarix: 28-07-2022 | Saat: 15:27
Bölmə:Media | çapa göndər
Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən meşə zolağı məhv olmaq təhlükəsi ilə üz-üzədir. İsti yay günlərində nəinki gündə, heç həftədə də bir dəfə sulanmayan ağacların əksəriyyəti artıq quruyub. Burada susuzluqdan quruyan təkcə şam ağacları deyil, ətrafda hər yerdə alaq otları və tikanlar gözə dəyir. Demək olar ki, ərazinin hər yerində sür-sümük, məişət tullantıları var. Fakt odur ki, abadlaşdırılacağı təqdirdə on minlərlə paytaxt sakininin dincələ, bir udum təmiz hava ala biləcəyi bu yaşıllıq zolağı zibillik, natəmizlik, üfunət içində batıb gedir. Qəsəbə sakinləri bildirirlər ki, oradakı ağaclara baxan yoxdur.
Həmçinin, ağacların qəsdən məhv edilməsi hallarına da rast gəlinir. Sakinlər əlavə edirlər ki, son 20 ildə ağacların sayı xeyli azalıb.
AİA.Az yazır ki, Demokrat.az məsələ ilə bağlı araşdırma aparıb.
Sabunçu rayon İcra Hakimiyyətinin rəsmisi Müslüm Mahmudov saytımıza açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı Mənzil Kommunal Təsərrüfat Birliyi və Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxlayaq. Daha sonra İcra Hakimiyyətindən gələn bir zənglə məsələnin arasdırılması ilə bağlı işlərə başlanacağı qeyd olundu. Nə qədər qəribə də olsa, hətta bizdən ərazinin ünvanı soruşuldu.
Araşdırma aparılacağı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də vəd verir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza deyildi ki, araşdırmaların nəticəsi barədə cəmiyyətə açıqlama veriləcək.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı bildirib ki, həqiqətən də, bu ərazi çox baxımsız saxlanılır. Ekspert qeyd edib ki, şəhərimizin bir neçə yerində böyük yaşıllıq sahələri olsa da, artıq onlar baxımsızlıq ucbatından məhv olmaq üzrədir:
“Bilirik ki, şam ağacları və digər ağaclar şəhərin ekologiyasına ciddi töhfə verir. Amma, bəzi hansısa qüvvələr qəsdən oranı baxımsız saxlayır. Mən həmin ərazini yaxşı tanıyıram və dəfələrlə orada olanda cürbəcür quşlar, heyvanlar olduğunu görmüşəm. Yəni, orada artıq müəyyən fauna, flora sistemi yaranıb, amma kimlərinsə ora gözü düşüb. Çünki meşənin bir tərəfində artıq villalar var. Ümumiyyətlə, ora çox sakit və yaşıllıq yerdir, həmçinin də bahalı ərazidir. Çox güman ki, oranın quruması böyük bir biznes imkanları açacaq. Burada söhbət yüz milyonlarla puldan gedir. Həmin ərazidə villalar, elit binalar, biznes mərkəzləri tikmək olar. Ona görə də, buranın təbii şəkildə quruyub yoxa çıxması kimlərəsə sərf edir, çünki açıq-aşkar şəkildə qıra bilmirlər”.
Ekpertin sözlərinə görə, sovet dövründə ölkəmizdə bu kimi böyük yaşıllıq sahələri olub, lakin artıq çoxu məhv olub:
“Hesab edirəm ki, onların suvarılmaması, baxımsız qalması qəsdən olur, bunun başqa adı yoxdur. Buna baxan orqanlar var, cavabdeh məsul təşkilatlar bununla bağlı ciddi məşğul olmalıdır. Bakıda belə bir yerlər çox azdır, belə çıxır ki, bunu da qəsdən edirlər. Çünki arada bir suvarılma, baxım olsa, meşələr bu vəziyyətə düşməz. Meşənin bəzi yerlərində artıq keçəllik yaranıb, boş sahələr var. Neftçilərdə aşağı düşəndə məscidin yanında görünür, böyük hissəsi boşdur. Orada vaxtında tinglər əkilsəydi, daha sıx yaşıllıq yaranardı. Amma, nəinki tinglər əkilib, onun yanında bir kafe açılıb ki, meşənin içini zəbt edib, halbuki, bu qadağandır. Ona görə də, hesab edirəm ki, bu məsələ ictimailəşməlidir. Cavabdeh təşkilatlar cəzalandırılmalıdır. Yaxşı olardı ki, jurnalistlər oradan bir reportaj hazırlasınlar. Əgər biz nəzarət etməsək, əminəm ki, yaxın 1-2 ildə bu meşə massivindən əsər-əlamət qalmayacaq. Onun yerində biz yeni binalar, villara görəcəyik. Beləliklə, şəhərimiz yaşıllıq sahəsini itirib, səhra şəhərinə çevrilir”.
Aynurə Pənahqızı
Demokrat.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024