Mobil versiya
Karantin qayıtsa cəmiyyət ŞOK KEÇİRƏCƏK - Psixoloq qadağalarla bağlı XƏBƏRDARLIQ ETDİ
Tarix: 23-07-2022 | Saat: 10:54
Bölmə:Karusel / Media | çapa göndər

Karantin qayıtsa cəmiyyət ŞOK KEÇİRƏCƏK - Psixoloq qadağalarla bağlı XƏBƏRDARLIQ ETDİ

"Pandemiya ilə bağlı karantin sərtləşsə, yenidən qadağa və məhdudiyyətlər tətbiq olarsa, cəmiyyətdə gərginlik, cinayət, qətl və ailə münaqişələrinin sayı yenə artacaq".

AİA.Az bildirir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış psixoloq Gülnarə Abuzərova mövzu ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə çərçivələr, azadlıq və sərbəstlik, xəstəlik, üstəlik ölüm qorxusu insan psixologiyasına mənfi təsir göstərir. Çünki bu insanın psixoloji faktorudur. Fərq yalnız ondan ibarət olacaq ki, ilk dövrlə müqayisədə bu hala alışmışıq və bundan xəbərdarıq. Hardasa bu vəziyyət bizi əvvəlki qədər sıxa bilər, amma qorxuda bilməz. Biz bunlardan keçdik, ilk deyil. İnsan hər zaman ruh durumu və psixoloji halı ilə yaşayır. Qadağalar maddi duruma, ümumi yaşayışa və yeni travmalara səbəb olacaq. Müqayisə etsək, etməsək belə bu, insanın halına mütləq təsir edəcək. İnsan hər zaman bildiklərindən və bilmədiklərindən qorxur. Burada artıq bilmədiklərimizdən deyil, bildiklərimizdən qorxacağıq.

Bilirik ki, orada ölüm və xəstəlik var. Mən düşünmürəm ki, bu hal təbəqələrə bölünür. Hər kəsin bu halında öz itkisi və qorxusu var. Bu insanın psixoloji gücündən, düşüncəsindən və inamından asılıdır".

Psixoloq ruh düşkünlüyünə, affek duruma və gərginliyə qapılmamaları üçün insanlara çağırış edib:

"Hər bir hal qonaqdır. Bu hal da keçəcək, çünki bundan bir dəfə keçmişik. İnsan hər hansı vəziyyətə düşür-düşsün hər gecənin sabahı var. Burada da müsbət tərəf ondan ibarətdir ki, dünyadan yapışmaq lazım deyil. Mənəviyyat daha üstündür. İnsan istənilən qorxunu və neqativi özündən kənar tutmalıdır. Hər bir şeyə güc lazımdır. Həyat mübarizədir. Mübarizə aparmalıyıq ki, hər bir şeyə nail ola bilək. Dünyanı heç kim qurmayıb. Bu gün bu var, sabah isə başqa bir şey olacaq. Dünyada hər bi halla rastlaşsaq da, bilməliyik ki, bizə güc lazımdır. Güc isə insanın düşüncəsindən və təfəkküründən gəlir. Düşüncəmiz bizi yaşatmalıdır. Bu hadisələr düşüncələrimiz qarşısında çox əif və aciz olmalıdır".

Xatırladaq ki, bu il martın 6-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşalmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024