Azərbaycan sürətli inkişaf yolundadır və yeni zirvələrə doğru inamla irəliləyir.
Tarix: 21-07-2022 | Saat: 14:57
Bölmə:Media | çapa göndər
Bu lilin birinci yarımilin yekunlarına həsr olunan müşavirə bir daha göstərdi ki, Azərbaycan sözün əsil mənasında sürətli inkişaf yolundadır və yeni zirvələrə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin müşavirədə sosial-iqtisadi inkişaf, xarici siyasət və digər sahələrdə qazanılan uğurlardan konkret faktlar əsasında ətraflı danışması, qarşıdakı hədəflərə çatmağın yolları ilə bağlı zəruri göstərişlərini verməsi bunun əyani sübutudur.
Dövlət Başçısı bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə giriş nitqində deyib: "Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. “
Qeyd edək ki, Azərbaycan dünyada qazandığı nüfuza görə belə tədbirlərdə də özünü göstərməkdədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə Toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək. Azərbaycanın ədalətli mübarizəsi dövründə Qoşulmama Hərəkatında təmsil olunan ölkələr Azərbaycanı dəstəklədi, anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.
Azərbaycan Prezidenti bütün beynəlxalq platformalarda dünya dövlətlərini beynəlxalq hüququnun aliliyinin əsas götürülməli olduğuna, qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin olduğu bir vaxtda həm də ərazi, enerji, humanitar böhranlarla əlaqədar olaraq həmrəylik və vahid mövqenin birləşdirilməli olduğuna hər zaman böyük diqqət ayırır. Azərbaycan etibarlı tərəfdaş olduğundan sıx işbirliyi etdiyi beynəlxalq təşkilatların özlərinin də nüfuzlarının artmasına dərindən töhfə verən ölkədir.
Belə ki, qısa zaman çərçivəsində dövlətimizin başçısının dünya siyasi arenasına yaxından bələd olması və şəxsi nüfuzu sayəsində ölkəmizin böyük etimad və hörmət qazandığı qədər Hərəkatın da dünyada nüfuzunun artmasında Azərbaycan əhəmiyyətli rol oynadı. Bu gün Azərbaycan bütün sahələrdə yeni təşəbbüslər irəli sürən yeni-yeni nailiyyətlər qazanan ölkələr sırasındadr.
Gülər Əmiraslanova,
YAP Göygöl rayon təşkilatı üzrə Quşqara kənd ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024