Mobil versiya
Avtomobillərin icbari sığortası haqqının hesablanması qaydası dəyişiləcək?
Tarix: 20-07-2022 | Saat: 13:17
Bölmə:İqtisadiyyat | çapa göndər

Avtomobillərin icbari sığortası haqqının hesablanması qaydası dəyişiləcək?

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydası dəyişə bilər.

Bu barədə Aia.Az-a hökumətdəki mənbə bildirib.

Onun sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu dəyişikliklə bağlı müzakirələr gedir:

“Hazırda qısa şəkildə icbari avtomobil sığortası dediyimiz avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə hesablanır. Yəni mühərrikin həcmi üzrə kubmetrlər artdıqca xidmət haqqı da artır. Bu, klassik yanaşmadır. İndi isə yeni yanaşma tələb olunur. Təkliflər var ki, bu sığorta növü avtonəqliyyat vasitəsinin kubmetrinə görə yox, at gücünə görə hesablansın. Çünki indi texnologiya inkişaf edir. Nəticədə 1 500 kubmetr mühərrikə malik avtonəqliyyat vasitəsinin at gücü 2 000- 2500 kubmetrə malik köhnə avtomobilin at gücündən çoxdur”.

Azərbaycan hökuməti bu yeni qaydanı tətbiq etmək üçün baza formalaşdırmalıdır və orada avtonəqliyyat vasitələri at gücü ilə kateqoriyalaşdırılmalıdır. Nəticədə həmin kateqoriyalar üzr ödənişlər müəyyən edilməlidir.

Hazırda minik avtomobillərinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin mühərriklərinin həcminə görə sığorta haqqı belədir.

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024