Mobil versiya
Hüseynin 22 milyonluq "Instagram" hesabı saxtadır? - FOTO
Tarix: 17-07-2022 | Saat: 10:47
Bölmə:Şou-biznes | çapa göndər

Hüseynin 22 milyonluq "Instagram" hesabı saxtadır? - FOTO

Rusiyanın məşhur azərbaycanlı video blogeri və iş adamı Hüseyn Həsənovun milyonluq qol saatı və ayaqqabısının məşhur brendlərinin saxta olması üzə çıxıb.

Aia.Az bizim.media-ya istinadən xəbər verir ki, bu dəfə isə blogerin rəsmi "Instagram" hesabında olan izləyici sayının saxta olması iddia edilib.

Belə ki, sözügedən sosial şəbəkə platformasında 22 milyon izləyici sayının yarıdan çoxu saxtadır.

Mənbə H.Həsənovun populyarlığına şübhə etmir.

"Onun fanatlarla görüşlərində insan seli yaşanır, hətta bəzən izdihamlar da olur. Bununla belə, görünür, blogerin "bandası" (Hüseynin özü fəxrlə pərəstişkarlarını adlandırır) o qədər də çox deyil.

Ulduzun qadağan olunmuş sosial şəbəkədəki hesabı 22 milyon abunəçiyə malikdir, lakin onun yazıları cəmi iki milyon bəyənmə toplayır.

Hesabın sürətli inkişafı da diqqət çəkir: 2019-cu ildə Hüseyn 10 milyon, 2020-ci ildə 15, 2021-ci ildə 17, artıq 2022-ci ildə isə 22 milyon abunəçi qeyd olunub.



Ümumiyyətlə, burada nəsə təmiz deyil", - deyə məqalədə qeyd olunub.

H.Həsənov isə haqqında yazılıb-pozulan, eyni zamanda dərc edilən xəbərlərə heç bir münasibət bildirməyib.

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə