Mobil versiya
146 saylı məktəbdə fərqlənmə attestatları təqdim edildi - FOTOLAR
Tarix: 14-07-2022 | Saat: 10:38
Bölmə:Təhsil | çapa göndər

146 saylı məktəbdə fərqlənmə attestatları təqdim edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 751 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

aia.az xəbər verir ki, onlardan 982 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 769 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Suraxanı rayonu Çavanşir Rəhimov adına 146 saylı tam orta məktəbində 3 nəfər məzuna Nicat Nəbizadə, Yetər Nəbiyeva və Aytac Məmmədovaya fərqlənmə attestatlar verildi. Attestatları İkinci Vətən Müharibəsinin Şəhidi, həmin məktəbin məzunu olmuş Hüseynov Orxan Bəhmən oğlunun anası Xalidə xanım məzunlara təqdim etdi. Məktəbin direktoru Gülzadə Məmmədova kollektiv adından məzunlara və valideynlərə xoş arzularını bildirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024