Mobil versiya
Minsk qrupunun 28 illik fəaliyyətsizliyi ikili standartlar siyasətinin bariz nümunəsi idi
Tarix: 06-07-2022 | Saat: 10:28
Bölmə:Seçki 2024 | çapa göndər

Minsk qrupunun 28 illik fəaliyyətsizliyi ikili standartlar siyasətinin bariz nümunəsi idi

Məlum olduğu kimi Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa müddət ərzində Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. Nəticədə bu mötəbər təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi barədə yekdil qərar qəbul olunmuş və 2019-2022-ci illər üzrə Hərəkata sədrlik missiyası Azərbaycana həvalə edilmişdir. Qeyd edək ki, bu qərar Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin lehinə səs verdiyi yekdilliklə qəbul edilib. Əlbəttə ki, bu da təsadüfi deyil. Məsələ bundadır ki, Azərbaycan Hərəkata üzv olduğu ilk gündən yüksək fəallığı ilə seçilib və ölkəmizin irəli sürdüyü çoxsaylı təşəbbüslərdən hər biri Qoşulmama Hərəkatının dünyada nüfuzunun yüksəlməsinə xidmət edib. Elə 120 ölkənin yenidən yekdil qərarı ilə Azərbaycanın Hərəkata sədrlik müddətinin 2023-ci ilin axırına kimi uzadılması da ölkəmizə qarşı böyük hörmət və etimadın bir göstəricisidir. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük beynəlxalq siyasi təsisatıdır və təşkilatın təşviq etdiyi bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq kimi ümumbəşəri prinsipləri özündə ehtiva edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğuna görə

Azərbaycanın bir müddət əvvəl irəli sürdüyü növbəti mühüm təşəbbüslərdən biri də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması barədə oldu. Bu ilin 30 iyun tarixində Hərəkatın Parlament Şəbəkəsinin Bakı konfransı keçirilməsi ölkəmizin bu təşəbbüsünün də təşkilata üzv ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyinin bir göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycan eyni zamanda Qoşulmama Hərəkatının institusional inkişafının təmin olunması məqsədilə Gənclər Şəbəkəsinin və Nyu-Yorkda Dəstək Ofisinin yaradılması təşəbbüslərini də irəli sürüb.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan “Bandunq prinsipləri”nin təşviqinə hər zaman öz dəyərli töhfələrini verməyə çalışır. Əgər bir-birilərinin ərazi bütövlüyünü tanımaq, süverenliyinə hörmət etmək, daxili işlərinə qarışmamaq kimi prinsiplərə bütün ölkələr tərəfindən əməl edilsəydi, o zaman müharibələr, regional silahlı konfliktlər də olmazdı. Lakin təəssüflər olsun ki, günümüzün reallıqları tamamilə fərqlidir. Belə ki, bəzi ölkələrin hərbi-siyasi rejimləri bu prinsiplərdən çox uzaqdırlar. O cümlədən, Azərbaycan da Ermənistanın təcavüzkar siyasəti nəticəsində 30 il ərzində torpaqlarının 20%-nin işğal edildiyi bir şəraitdə yaşamalı olmuşdur. Bu müddətdə gedən proseslər təsdiq etmiş oldu ki, bu gün dünyada beynəlxalq hüquq normaları qətiyyən işləmir və kiçik ölkələr hər zaman ikili standartlara məruz qoyula bilərlər. Buna bariz misal olaraq Minsk qrupunun 28 illik fəaliyyətini, daha dəqiq desək fəaliyyətsizliyini göstərmək olar. Belə ki, 1992-ci ildə ATƏT-n təsis etdiyi və verilmiş mandata görə vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını tapmaqdan ibarət olan Minsk qrupu əslində münaqişəni dondurmaq və xalqımızı torpaqlarının itirilməsi faktı ilə barışdırmaq niyyətində olan qüvvələrin əlində bir alətə çevrildi. Lakin dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu vəziyyətlə heç zaman barışa bilməzdi və barışmadı da. 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxribatına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başlanmış Vətən müharibəsi 44 günə Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı. Şanlı Ordumuz öz canı, qanı bahasına həm ölkənin ərazi bütövlüyünü bərpa etdi, həm də BMT Qətnamələrinin icrasını həyata keçirdi. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində bəzi ölkələr Azərbaycanın haqq işini əngəlləməyə çalışırdılar. O cümlədən həmin ölkələr tərəfindən BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində ölkəmizə qarşı qətnamə çıxarılmasına cəhd edilmişdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycanın əleyhinə olan bu bəyanatı blokladılar və bununla da ermənipərəst qüvvələrin ölkəmizə qarşı hücumu dəf olundu. Azərbaycan bu həmrəyliyə görə öz dostlarına hər zaman minnətdardır.

Təəssüflər olsun ki, bu gün hələ də Ermənistanda və bu ölkəyə havadarlıq edən bəzi dövlətlərdə Minsk qrupuna yenidən hansısa səlahiyyətlərin verilməsinə səy göstərirlər. Lakin Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna artıq heç bir ehtiyac yoxdur. Minsk qrupuna artıq əlvida demişik. Bu qurumla bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda sülhün və sabitliyin bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru,YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024