Mobil versiya
İsrail Qəzza zolağında Müqəddəs Ailə Katolik Kilsəsini vurdu: 3 ölü
Tarix: 17-07-2025 | Saat: 21:12
Bölmə:Özəl | çapa göndər

İsrail Qəzza zolağında Müqəddəs Ailə Katolik Kilsəsini vurdu: 3 ölü
Qüds Latın Patriarxlığı verdiyi açıqlamada İsrailin Qəzza zolağında Müqəddəs Ailə Katolik Kilsəsinə təşkil etdiyi hücumda ən azı 3 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.


İsrail Qəzza zolağına hücumları zamanı Müqəddəs Ailə Katolik Kilsəsini vurub. Qüds Latın Patriarxlığı bəyanat yayaraq, "İsrail ordusunun açıq-aşkar hücumu nəticəsində biri qadın olmaqla, ən azı üç nəfər həlak olub, üçü ağır olmaqla 10 nəfər yaralanıb. Onların sülh içində yatmaları və bu amansız müharibənin sona çatması üçün dua edirik. Heç bir şey günahsız dinclərin hədəfə alınmasını əsaslandıra bilməz. heç bir insani və mənəvi əsaslandırma yoxdur”.
Xəbərdar edən keşiş də yaralanıb.

Keçən aprel ayında ölümündən sonra Papa Fransisə Qəzza zolağında baş verən hadisələrlə bağlı məlumat verən Argentinalı keşiş Qabriele Romanellinin kilsəyə edilən hücumda yüngül yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.

İsrail Xarici İşlər Nazirliyi bəyanat yayaraq kilsəyə hücuma görə üzr istəyib. Nazirlik bildirib ki, "İsrail Qəzza zolağında Müqəddəs Ailə Kilsəsinə dəymiş zərər və nəticədə mülki insan tələfatına görə dərin kədərini ifadə edir. Vəziyyətin qiymətləndirilməsi üçün lazımi araşdırmalar aparılır".

İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayaraq, "İD, ibadət yerləri də daxil olmaqla, mülki şəxslərə və mülki strukturlara dəyən zərəri azaltmaq üçün hər cür səy göstərir və bu strukturlara dəyən hər hansı ziyana görə təəssüflənir."


HƏMAS, verdiyi açıqlamada, "Qəzza zolağında ibadət yerləri və günahsız köçkünlərə qarşı yeni cinayət törədilib. Bu hücum Fələstin xalqına qarşı aparılan hərtərəfli qırğın müharibəsi kontekstində həyata keçirilib" dedi.

Fransanın xarici işlər naziri Jean-Noel Barrot İsrailin hücumunu pisləyərək, "Qəzzada tarixən Fransanın himayəsində olan Müqəddəs Ailə Kilsəsinə edilən hücum qəbuledilməzdir" dedi.

İtaliyanın baş naziri Giorgia Meloni də hücumu pisləyərək, "İsrailin aylardır dinc əhaliyə qarşı hücumları qəbuledilməzdir. Heç bir hərbi əməliyyat belə davranışa haqq qazandıra bilməz" deyib.

Xristian Katolik Kilsəsinin və Katoliklərin ruhani lideri Papa XIV Leo dərhal atəşkəs çağırışını təkrarlayaraq, “Həyat itkisi bizi dərindən kədərləndirdi” deyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2025