Mobil versiya
Tbilisi mer seçkiləri: Gürcü arzusu namizədini elan etməyə hazırdır
Tarix: 17-07-2025 | Saat: 21:02
Bölmə:Özəl | çapa göndər

Tbilisi mer seçkiləri: Gürcü arzusu namizədini elan etməyə hazırdır
Hakim partiya artıq Tbilisidə qələbəyə hazırlaşdığı bir vaxtda, müxalifət dağınıqlıqda davam edir.
Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası gələn həftə Tiflis meri postuna namizədini təqdim edəcək, müxalifət isə seçkilərdə iştirakla bağlı debatları davam etdirir.
Tbilisi merinə seçkilər 2025-ci il oktyabrın 4-də keçiriləcək. Seçkilərdə yalnız Tbilisidə qeydiyyatdan keçmiş Gürcüstan vətəndaşları səs verə bilər.
“Namizədin kim olacağını yaxın günlərdə, gələn həftə öyrənəcəksiniz”, - deyə Tbilisinin hazırkı meri, üçüncü müddətə namizəd olacağı gözlənilən Kaxa Kaladze bildirib.

Dolayı yolla Kaladzenin paytaxt meri postuna namizəd olacağını artıq “Gürcü arzusu” partiyasının sədri, Gürcüstanın baş naziri İrakli Kobaxidze təsdiqləyib.
"Kaxi Kaladze istənilən Avropa paytaxtının arzulayacağı merdir. İnkişaf davam etməlidir. Növbəti 4 il ərzində Kaxa Kaladzenin rəhbərliyi ilə paytaxtımız və paytaxt əhalisi üçün çox işlər görüləcək", - Kobaxidze bildirib.

Və iqtidar partiyası artıq Tbilisidə qələbəyə hazırlaşdığı halda, müxalifətdə ixtilaf davam edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2025