Mobil versiya
I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır
Tarix: 04-07-2022 | Saat: 10:00
Bölmə:Təhsil | çapa göndər

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

I və IV ixtisas qrupları üzrə imtahanlarda iştirak etmək istəyənlər 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Qurumdan aia.az-a verilən xəbərə görə, 4 iyul saat 09:10-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 20506, IV ixtisas qrupu üzrə isə 3959 abituriyent ərizəsini təsdiq edib.

Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə imtahan vermək istəyənlərin qeydiyyatı 21 iyunda başa çatıb və II ixtisas qrupu üzrə 12777, III ixtisas qrupu üzrə 16619 abituriyent ərizə təqdim edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024