Mobil versiya
Qarabağı ermənilər üçün cəhənnəmə çevirəcək silahımız (VİDEO) (VİDEO)
Tarix: 20-05-2016 | Saat: 12:46
Bölmə:Şou-biznes | çapa göndər




TOS-1A "Solntsepyok” kifayət qədər dağıdıcı və Rusiya hərbi sənayesinin ən yeni silahlarından biridir.

Aia.az-in məlumatına görə, Rusiya silahlı qüvvələrinə bu silahlar ilk dəfə ötən il verilib. Lakin nə qədər belə sistem verildiyi məxfi saxlanılır. Ağır odsaçan sistemləri "Buratino” odsaçan sistemlərinin bazasında yığılıb, lakin taktiki-texniki göstəriciləri xeyli üstündür.

Sistemin tərkibinə BM-1 döyüş maşını, 220 mm kalibrli 24 raket yönləndirici, nəqliyyat-doldurma maşını daxildir. "Solntsepek” 3.6 kilometrdən 6 kilometrədək məsafədən 2 hektardan 6 hektaradaək ərazini darmadağın etmək gücündədir. Düşmən piyadasının atəş dəstək nöqtələrini, canlı qüvvəsini, yüngül zirehli texnikasını hücum və müdafiə mövqeyində məhv etmək üçün nəzərdə tutulub.

Xüsusən dağlıq şəraitdə tətbiq əlverişlidir. Belə ki, "Solntsepek” sistemlərinin açdığı yaylım atəşi nəticəsində dağlıq ərazilərdə güclü zərbə dalğası yaranır, yer-yerindən oynayır və qayalıqlar uçub dağılır, daş yığınları əmələ gəlir və bütün canlı məhv olur. Hədəfi 6 min metrdən dəqiq vurmağa imkan verən avtomatlaşdırılmış sistemlə təchiz olunub.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024