AZ RU Mobil versiya
Əmirli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Tarix: 02-07-2022 | Saat: 11:50
Bölmə:Cəmiyyət | çapa göndər

Əmirli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı,  hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək, vətəndaş məmuniyyətinə nail olmaq olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Əmirli kənd inzibati ərazi dairəsində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Əmirli kənd inzibati ərazi dairəsinin əhatə etdiyi Əmirli kəndi qazlaşdırılıb, kəndin 0,4 KV-luq elektrik şəbəkəsi yenidən qurulub və elektrik xətləri kabelləşdirilib, 14 km uzunluqda kənddaxili yollar qum-çınqılla, 2,5 km təsərrüfat yolu, kənd qəbirstanlığının yolu və 2 km kəndin baş yolu asfalt-betonla cari təmir edilib, 20 Yanvar abidəsi abadlaşdırılıb, suvarma üçün ərazidə 6 subartezian quyusu qazılıb, təsərrüfatdaxili 3 km arxlar lildən təmizlənib, kəndə sürətli internet verilib, ərazi müntəzəm olaraq məişət tullantılarından təmizlənmiş, baramaçılığın inkişaf etdirilməsi üçün ərazidə 4000 ədəd, o cümlədən, 2021-ci ildə xaricdən gətirilmiş 1000 ədəd yeni çəkil tingi əkilmişdir.
2021-ci ildə ərazidə 110 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 385 ton pambıq, 2 kümçü tərəfindən 10 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 48 kq olmaqla 480 kq barama istehsal edilmiş, ərazidə 500 ədəd çəkil tingi əkilib.
2022-ci ildə 94 hektar sahədə pambıq əkilmiş, artıq 2-ci becermə aparılır, 2 kümçü tərəfindən 10 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 37 kq olmaqla 370 kq barama istehsal edilmişdir. Cari təsərrüfat ili üçün ərazidə 100 hektar sahədə buğda, 65 hektar sahədə arpa əkilmiş, artıq biçin başa çatdırılmış, yüksək məhsuldarlıq əldə olunmuşdur.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Əmirli kənd sakinləri Məhəmməd Tənifəyev kənddə içməli su üçün 1 ədəd artezian və pay torpağının olduğu ərazidə suvarma üçün 1 ədəd subartezian quyusunun qazılması, Nisəxanım Fərzəliyeva kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Məhəmmədəli Calalov pay torpaqlarının suvarılması üçün 12 reper nömrəli subartezian quyusunun nasosunun açılıb quyuya düşməsi ilə əlaqədar tədbir görülməsi, Ramiz Süleymanov
subartezian quyusunun yüklənməsi nəticəsində nasosun tez-tez yanması ilə əlaqədar tədbir görülməsi, Bəsti Hüseynova Qəzalı vəziyyətdə olan Əmirli kənd həkim ambulatoriyasının əsaslı təmiri, Məzahir Məcnunov Özünəməşğulluq proqramı çərçivəsində təkər təmiri üçün avadanlıqları quraşdırmaq məqsədilə torpaq sahəsi ayrılması, Samaya Tənfəyeva uzun illərdən bəri alqı-satqı yolu ilə istifadə etdiyi 20 sot torpağının bir hissəsinin həmkəndlisi tərəfindən tələb olunması, Saday Musayev həbsdə olan oğlunun cinayət işinə təkrar baxılması, şəhid anası Gövhər Məmmədova nəvəsinin Polisdə işlə təmini, uçmuş hasarının bərpasına kömək göstərilməsi, şəhid oğlunun adının əbədiləşdirilməsi, Şahbaz Novruzov pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün ərazidə 1 ədəd subartezian quyusunun qazılması, Rövşən Qələndərov işlə təmin olunması barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
[xfvalue_fotolar image="3"] [xfvalue_fotolar image="4"] [xfvalue_fotolar image="5"] [xfvalue_fotolar image="6"] [xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

6400 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2022
16-08-2022