Mobil versiya
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir
Tarix: 30-06-2022 | Saat: 11:43
Bölmə:Media | çapa göndər

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir

Bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətin qüdrətinin nümunəsi, xalqın iftixar yeridir. Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülür. Bu gün Cənubi Qafqazın ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsində baş verən keyfiyyət dəyişiklikləri, həmçinin işğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsidir. Yeni yaradılan Komando briqadaları isə müasir yeniliklərdən biridir. İyunun 26-da dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər rayonuna səfəri çərçivəsində yeni komando hərbi hissəsinin yaradılmasının açılış mərasimində iştirak etməsi Azərbaycan Ordusuna göstərilən böyük diqqəti bir daha göstərir.

Möhtəşəm tədbirdə çıxış edərək ötən ilin dekabrında birinci komando hərbi hissəsinin azad edilmiş Hadrutda istifadəyə verildiyini xatırladan Müzəffər Ali Baş Komandan bildirdi ki, bu mühüm hadisədən 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi keçirilir. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Ordusu Türkiyə ordusu praktikində daha da təkmilləşdirilir. Biz artıq bu istiqamətdə atılmış real addımları görürük. Komando hərbi hissələri ordumuzun daha dinamik, düşmənə daha çevik cavab verə biləcək qabiliyyətdə olmasını təmin edəcək. Xüsusilə də Kəlbəcərdə belə hərbi hissənin açılması həm düşmənə, həm də onların havadarlarına bir mesajdır. Belə bir coğrafi yerdə komando hərbi hissəsinin açılması o deməkdir ki, bundan sonrakı dönəmlərdə də silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşdiriləcək.

Komando briqadası ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdılar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını aparmağa qadirdilər.

Bir sözlə, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.



Faiq Abdullayev,
Salyan rayon Marışlı kənd tam orta məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024