Mobil versiya
Bir qrup Azərbaycan aviatorlarına dövlət və müəssisədaxili mükafatlar təqdim edilib
Tarix: 28-06-2022 | Saat: 17:48
Bölmə:İqtisadiyyat | çapa göndər

Bir qrup Azərbaycan aviatorlarına dövlət və müəssisədaxili mükafatlar təqdim edilib

İyunun 28-də bir qrup Azərbaycan aviatorlarına dövlət və müəssisədaxili mükafatların təqdim edilməsi, habelə fəxri adların verilməsi mərasimi keçirilib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən aia.az-a bildirilib ki, Azərbaycanın 50-dən çox mülki aviasiya işçisi medal, orden və fəxri adlara layiq görülmüşdür.

1 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mülki aviasiya sahəsində bir qrup işçinin 3-cü dərəcəli "Əmək" ordeni, "Tərəqqi" medalı ilə təltif edilməsi, həmçinin bu sahədə səmərəli fəaliyyətinə görə "Əməkdar mühəndis" və "Əməkdar pilot" fəxri adlarına layiq görülməsi haqqında sərəncamlar imzalamışdır.

AZAL-ın prezidenti Cahangir Əsgərov mülki aviasiya işçilərini dövlət və müəssisədaxili mükafatlarla təltif edilmələri münasibətilə təbrik edib. Onların yüksək peşəkarlığını, fədakarlığını və öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşdıqlarını qeyd edib.

Cahangir Əsgərov görüşdə Prezident İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqətini vurğulayıb və bu sahəyə göstərdiyi xüsusi qayğısına görə dövlət başçısına minnətdarlığını bildirib.

"Azərbaycan aviatorlarının gərgin əməyi və peşəkarlığı ölkənin inkişafına mühüm töhfədir və Azərbaycan Resublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Ölkə Prezidentinin bu diqqəti hər bir mülki aviasiya işçisi üçün mühüm motivasiyadır. Dövlət başçısı ölkənin mülki aviasiyasına hər zaman xüsusi münasibət göstərir, onun rəhbərliyi altında bu sahədə mühüm və ciddi dəyişikliklər baş vermiş, ölkənin mülki aviasiyası üzrə böyük perspektiv layihələr həyata keçirilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qeyd etmişdir: "Azərbaycan Hava Yolları"nın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir. Ölkənin hər bir mülki aviasiya işçisi bu nəsihətə əməl edir", - deyə Cahangir Əsgərov bildirib.

AZAL prezidenti qeyd edib ki, gələn il Azərbaycanın mülki aviasiyası 85 illiyini qeyd edəcək.

Tədbirdə, həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin pilotlarının pensiyaya yola salınması da keçirilib. Pilotlara mülki aviasiyada çoxillik əməyinə və sədaqətinə görə təşəkkür edilib, onlara təşəkkürnamələr və qiymətli mükafatlar təqdim olunub.

Mükafatların təqdim edilməsi mərasimini aşağıdakı videodan izləyə bilərsiniz: https://youtu.be/r4HVPFu6Eno

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024