“Sosial-mədəni dəyişikliklərin öyrənilməsi” İB-nin tədbiri keçirilib.
Tarix: 26-05-2022 | Saat: 14:00
Bölmə:Media | çapa göndər
26 may 2022-ci il tarixdə Xızı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Sosial-mədəni dəyişikliklərin öyrənilməsi” İB-nin tədbiri keçirilib.
Azərbaycanın milli-mənəvi dəyərləri sisteminin təbliği və təsnifi , multikulturalizm milli-mənəvi dəyər və regional sabitlik ideyası kimi, mövzularda məruzələr edildi.dosent, H.İbrahimov milli –mənəvi dəyərlərin qorunmasında ailə institutunun əhəmiyyətindən bəhs edərək müasir dövrdə milli dəyərlər sisteminin təsnifatı haqqında məruzə edib. Xızı rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlıarının müdafiəsi üzrə Komissiyanın məsul katibi, II dərəcə dövlət qulluqçusu Fətulla Əliyev, Xızı rayonu Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva, rayon maliyyə şöbəsi rəisi İndira Şəmsivari, pedaqoq Gürşad Şahgəldiyev və başqaları milli mənəvi dəyərləri müasir dünyada qorumağın əhəmiyyəti və üsullarından danışıblar. Ailə və təhsilin bu istiqamətdə sistemli metodoloji işindən bəhs edildi. Məruzəçi f. dok.L.Abiyeva multikulturalizm sabitlik ideyası kimi mövzularinda məruzə edərək xalqımızın milli mənəvi dəyərlərinin təsnifatı sistemində yer almış dəyərləri müqayisə və təhlil edib. F.dok. H.İbrahimov Azərbaycan dövlətçiliyinin hər zaman möhkəm əsaslara malik olmasında milli-mənəvi dəyərlərin daşıdığı komunikativ, ideoloji, inteqrativ funksiyaların əhəmiyyətindən danışılıb. Zəfər Günümüzün milli dəyərlər sistemində tarixi əhəmiyyətli gün olaraq təsnifatlandırılması, milli yaddaşımızda qəhrəmanlıq tariximizdə xüsusi yer almasından bəhs edilib. Gələcək nəslin milli mənəvi dəyərləri mənimsəməsi istiqamətində mane ola bilən steriotiplər-müxtəlif komunikasiya və sosial şəbəkələrlə ötürülən rol oyunlarından qorunma metodları araşdırılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ