Mobil versiya
Azərbaycanda qorxulu tendensiya peyda olub-Regional İdarə müdiri intiharla hədələnir -VİDEOFAKT
Tarix: 24-06-2022 | Saat: 22:06
Bölmə:Təhsil | çapa göndər

Azərbaycanda qorxulu tendensiya peyda olub-Regional İdarə müdiri intiharla hədələnir

Bir neçə gün öncə Gəncədə məktəb direktoru intihara cəhd etmişdir.Bu hadisə ölkənin gündəmini nəinki silkələdi, bundan daha bir neçə gün sonraya bu gündəmi zəbt edə bildi.

Müxtəlif başlıqlarda saytlarda hadisə haqda belə yazılırdı:
“İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva 14 ədəd dərman həbləri içib və bununla da özünü zəhərləyərək intihara cəhd edib. O dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.
Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.
Onun hansı səbəbdən həyatına qəsd etmək istəməsi hələ məlum deyil”

Sonrada məlum oldu ki, sən demə, Anar Qədimalıyevin gizli göstərişilə məktəbin direktorunun adından guya “işdən öz ərizəsilə azad olunması” istəyinə dair ərizə hazırlanaraq, RTİ-nin kadrlar şöbəsinə – baxılıb icra edilməsi üçün İqbal Kərimova “dərkənar” edilib. Məlumata görə, ərizə direktordan xəbərsiz olaraq iyunun 14-də məktəbin xadiməçisi olan D.Hacıyevaya yazdırılıb və saxta ərizənin imza yerində Mətanət Qarayeva yazılsa da kənar şəxs imza atıb.
Məhz bu hadisənin qanı qurumumamış Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbinin xanım direktoru Gültəkin Cəfərova öz yaxınlarına guya intihar edəcəyini deyib.
Yenədə bəzi mətbu orqanlarda “Gəncə təhsil “şefi” Anar Qədimalıyev daha bir xanım direktoru intihara sövq edir” başlıqlarda yazılar tirajlanmağa başladı.
“DünyanınSəsi” olaraq bu qorxulu tendensiyanı araşdırmağı,əsl həqiqəti üzə çəxarmağa çalışdıq.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (RTİ) rəisini göstərişi ilə bir neçə gün öncə Dəliməmmədli şəhər tam orta məktəbində yoxlamalar aparılıb.
Məhz buna görə xanım direktor fəaliyyət dövüründə buraxmış olduğu nöqsanları bilə-bilə vəziyyətdən çıxış yolları aramağa başlayıb.
Son nəticədə qohumlarının adıyla mətbuata sızdırılıb ki, guya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (RTİ) rəisi Anar Qədiməliyev xanım direktoru kollektivin gözü qarşısında ağır sözlərlə təhqir edib, üstünə şığıyaraq onu direktorluqdan qovacağını deyib. Məhz bundan sonra direktor ağır mənəvi sarsıntı keçirib və şikayət məqsədilə Bakıya gedib, indi də paytaxtdadır.
Bu gün demokratik-hüquqi dövlətdə yaşayırıqsa belə bir sual ortaya çıxır.Bu məktəb direktorluğu vəzifəsi bəyəm anadngəlmə onların adlarına kupçalaşdırılıb xəbərimiz yoxdur?
Əgər ölkə qanunlarla idarə olunursa belə çıxır ki, Regional Təhsil İdarəsinin (RTİ) rəisi xərçəng vəzi kimi 15-20 il təhsildə kök salmış bu taxt-tac həvəskarlarının fəaliyyətini təftiş etməməlidir? Yoxsa hər gün bir direktor intihara edəcəyi ilə dövlət qurumunu hədələyib şantaj edirsə deməli onda bu qurum fəaliyyətini dondurmalıdr?
Goranboy rayon Dəliməmmədli şəhər tam orta məktəbinin xanım direktoru Gültəkin Cəfərova 7 illik direktorluğu dönəmində baş verən bir neçə nöqsanı ictimaiətin diqqətinə çatdırmaq istəyirik ki, baş verənlərdən agah olsunlar.
Belə ki, şəhid qızı Elnarə Xəlilovadan xanım direktor 1300 manat rüşvət alıb ki, sizi sinif rəhbəri təyin edəcəm.Bu günə qədər şəhid qızı vermiş olduğu pulu ondan geri ala bilmir.

Şəhid qızının videoşikayəti təqdim edirik:



Nə də ki, faktla bağlı xanım direktorun xətrinə dəyən belə olmadı.
Xanım direktorun digər bir iddia olunan korrupsiya faktı da Goranboy rayon təhsil şöbəsi tərəfindən üzə çıxıb. Aparılan yoxlama zamanı məlum olub ki, Bakı şəhərində yaşayan Dəliməmmədli şəhər tam orta məktəbinin Fransız dili müəlliməsi Xanım adlı şəxsin əməkhaqqısını 3 il xanım direktor çıxarırmış.Dərsə bir dəfə gəlməyən, şagirdlərini tanımıyan jurnal üzü görməyən birisinin 3 il əməkhaqqısını həzmraberdən keçirmək cinayət deyilmi? Qanunvericilikdə bu hal vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və mənimsəmə kimi cinayətlərə imza atması deyilmi? Bu cür nöqsanlara yol vermiş şəxs barəsində ölçü götürülməyəndə idarə rəisi nə biçarədir ki,hədələnməsin? Həm suçlu, həm də güclü olmaq buna deyərlər.
Redaksiyamıza etibarlı mənbədən verilən məlumata görə ötən il Goranboy rayon icra hakimiyyətinin şura iclasında yuxarıda qeyd edilən nöqsan və şikayətlərə görə Dəliməmmədli şəhər tam orta məktəbinin xanım direktoru İcra başçısı Məhərrəm Quluyev tərəfindən danlanaraq ona xəbərdarlıq da edilmişdir.
“DünyanınSəsi” olaraq 19.06.2022-ci il tarixdə Dəliməmmədli şəhər tam orta məktəbində aparılan yoxlamanın nəticəsi ilə bağlı saytımıza açıqlama vermyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyindən xahiş edirik.
Biz xanım direktora bir misalla kömək edə bilərik- “Sən haqqın yanında ol ki, haqq da sənin yanında olsun…”
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024