Mobil versiya
Türkdilli ölkələr arasında qardaşlıq və dostluq prinsiplərinə söykənən birlik üçün imkanlar getdikcə genişlənir
Tarix: 24-06-2022 | Saat: 14:16
Bölmə:Media | çapa göndər

Türkdilli ölkələr arasında qardaşlıq və dostluq prinsiplərinə söykənən birlik üçün imkanlar getdikcə genişlənir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına etdiyi dövlət səfəri mühüm tarixi-siyasi əhəmiyyət kəsb etdi. Bu səfər həm Azərbaycan və Özbək xalqları arasında əlaqələrin inkişafı baxımından, həm də bütün Türk birliyinin daha da möhkəmlənməsi baxımından çox önəmli oldu. Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində geniş nitq söyləyərək tarixi köklərə və ənənələrə söykənən Özbəkistan-Azərbaycan əlaqələrinin, ölkələrimiz və xalqlarımız arasında dostluğun bundan sonra da inkişaf edəcəyini söylədi.

Birmənalı olaraq demək lazımdır ki, Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının xilaskar oğlu və ümummilli lideri Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.

Bütün həyatını Azərbaycana xidmətə həsr edən ulu öndər Heydər Əliyev həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl Ulu Öndər sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Naxçıvan ağır blokada şəraitində yaşadığı dövrdə xalqla birlikdə olan, eyni çətinlikləri yaşayan ümummilli lider Heydər Əliyev bütün məhrumiyyətlərə baxmayaraq usanmadan müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla, inkişaf etdirməklə bir daha sübut elədi ki, onun Vətən sevgisi tükənməzdir. Ulu Öndərin gərgin və çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizin ictimai-siyasi həyatında inkişaf, tərəqqi müşahidə olunmayan heç bir sahə qalmadı. İqtisadiyyat, xalqın rifahı, elm və incəsənət, səhiyyə sahələrində aparılan islahatlar sonda yükəsk inkişafla nəticələndi və Azərbaycan keçmiş müttəfiq respublikaları sırasında ən öncül yerlərdən birini tutdu. Məhz bu dövrdə Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrünə keçid etdi.

Ulu Öndər öz yetirmələrinə, davamçılarına onların gələcəkdə Azərbaycanı daha da irəli aparacaqlarına inanırdı. İnanırdı ki, dahi Liderin siyasi məktəbini keçənlər tezliklə tarixi ədaləti bərpa edəcək və dünyaya sübut edəcəklər ki, Azərbaycan xalqı öz torpağının, azadlığının yolunda hər cür mübarizəyə hazırdır. Elə də oldu və 44 günlük Vətən müharibəsinin nəticələrində bütün dünya bunu gördü. Ümummilli Lider Türk dünyasına, bu dünyanın inkişafına böyük ümidlə baxırdı. Ulu Öndərin Türk dövlətlərinin, o cümlədən, Özbəkistanın siyasi rəhbərliyi ilə möhkəm dostluq münasibətləri bugünkü münasibətlərin, qarşılıqlı əlaqələrin və dəstəyin əsasını təşkil edir. 44 günlük Vətən müharibəsi zamanı qardaş Özbəkistanın Azərbaycanın haqq işini müdafiə etməsi və dəstək verməsi bu münasibətlərin sağlam təməllər üzərində qurulmasından xəbər verir.

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində ən müxtəlif mövzularda ətraflı müzakirələr aparılmış, ölkələrimiz arasında artıq mövcud olan strateji münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcək sənədlər imzalanmışdır. Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Azərbaycanda dövlət səviyyəsində daim xüsusi diqqət verilir. Həmçinin dövlətimizin başçısı vurğuladı ki, bu səfər sıçrayış xarakterli səfərdir və iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün əsas olacaq. Prezident İlham Əliyev imzalanan sənədlər arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamənin önəmini xüsusi vurğulayaraq bildirdi ki, bu sənəd qlobal xarakter daşıyır və mahiyyət etibarı ilə gələcək fəaliyyətimizin yol xəritəsidir. Məhz bu Bəyannamədə iki ölkənin xarici siyasət prioritetləri öz əksini tapıb, Azərbaycan və Özbəkistanın bir-birinin ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini qarşılıqlı şəkildə dəstəkləmələri ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Cənab Prezident bu dəfə də qlobal bəşəri maraqları düşündüyünü nümayiş etdirərək dedi: “Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir.” “Gücümüz birliyimizdədir”, - söyləyən Azərbaycan Prezidenti bütün türkdilli ölkələrin vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulamaqla bundan sonra qarşılıqlı əməkdaşlıq, qardaşlıq və dostluq prinsiplərinə söykənən birlik üçün imkanların daha geniş olacağını diqqətə çatdırdı.

Mayıl Yusifov,
Xəzər Rayon Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024