Mobil versiya
AzTU-da yaz semestrinin imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub - FOTOLAR
Tarix: 23-06-2022 | Saat: 17:56
Bölmə:Təhsil | çapa göndər

AzTU-da yaz semestrinin imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AİA.Az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) yaz semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai şurasının üzvləri, media nümayəndələri iştirak edib.

Mediatur iştirakçılarına məlumat verilib ki, AzTU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 3-də başlanıb və iyulun 5-nə kimi davam edəcək. Üç növbə üzrə keçirilən imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib.

Mediatur iştirakçıları kompüter zalları və imtahan otaqlarında imtahanın gedişini izləyiblər, həmçinin tələbələrin fikirlərini öyrəniblər.

O da qeyd olunub ki, qiyabi təhsil alan tələbələr üçün imtahan sessiyası iyunun 22-dən başlanıb və iyulun 1-nə kimi davam edəcək. Qiyabi təhsil alan I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılır.

Sessiya müddətində bakalavriat səviyyəsində 5922, magistratura səviyyəsində isə 1000 tələbənin imtahanlarda iştirakı nəzərdə tutulur. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələləbələrə sessiya bitdikdən sonra imtahan vermək üçün şərait yaradılacaq.

Sonuncu kurs tələbələrinin (bakalavriat səviyyəsi üzrə 2000, magistratura səviyyəsi üzrə 500 tələbə) yekun dövlət attestasiyası və dissertasiya müdafiəsi iyunun 22-dən başlanıb və iyulun 5-nə kimi davam edəcək.

İmtahan sessiyasının təşkili ilə əlaqədar universitetdə Qərargah və Apellyasiya Komissiyası yaradılıb.

Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin və İctimai şura üzvlərinin suallarını cavablandırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024