Mobil versiya
"6 erməni 16 yaşlı gürcü qızını zorladı..." - FOTOLAR
Tarix: 19-05-2016 | Saat: 12:22
Bölmə:Cəmiyyət | çapa göndər

"6 erməni 16 yaşlı gürcü qızını zorladı..." - FOTOLAR


...Həyat yoldaşım Serqonu sürüklədilər və ağaca sıxışdırdılar. Zoya Tsvizba adlı bir abxaz qadını üzərində duz dolu sini gətirdi. Bıçağı götürüb, mənim yoldaşımı yaralamağa başladı. Daha sonra, yoldaşımın açıq yaralarının daxilinə bir ovuc duz basdı. Onlar on dəqiqə boyunca ona işgəncə verdilər. Sonra, gənc gürcü oğlanı (sonra onlar onu öldürdü) traktorla bir çuxur qazmağa məcbur etdilər. Çalaya yoldaşımı yerləşdirdilər və diri-diri basdırdılar. Mən çınqıl və qumla örtülməmişdən öncə, onun dediyi yalnız bir şeyi xatırlayıram: “Dali uşağın qayğısına qal!”

23 iyul 1992-ci ildə, Vladislav Ardzınbanın başçılıq etdiyi seperatçı rejim 1925-ci il konstitusiyasının bərpa edilməsi haqqında bəyanat yaydı. Bununla da, əslində Abxaziya Gürcüstandan təmamilə ayrıldığını göstərirdi. Separatçı rəhbərliyin qərarı dərhal Albert Topolyanın erməni fraksiyası tərəfindən dəstəkləndi. Muxtar Respublika konsititutsiyası faktiki olaraq, Abxaziya bölgəsində dayandırıldı. Mərkəz və region arasında başlayan qarşıdurmalar hərbi əməliyyatlara çevrildi.

14 avqust 1992-ci ildə, Gürcüstan Daxili Qoşun Bölmələri Zuqdidi-Qali inzibati sərhədini keçdi. İkinci toqquşma Gulripşi mahalının Aqudzera qəsəbəsində baş verdi. Toqquşma zamanı bir zirehli avtomobil məhv edildi. Toqquşmalar Gulripşi mahalının kəndlərində də baş verdi. Bir gürcü yaralandı, abxazlar isə bir döyüşçü itirdi. Beləliklə ilk toqquşma Oçamçıra rayonunda meydana gəldi.

Gürcüstan qoşunları Suxuxmi yolunu tutdu. Həmin gün abxazlar Tamişi körpüsünü partlatdıqdan sonra, qısa müddətli mübarizə ilə geri çəkildilər. Gürcülər isə tezliklə Suxumiyə yaxınlaşsa da, avqustun 15-i daxil olmaqla şəhərə girmədilər. Bu müddət ərzində hər iki tərəfin liderlərinin iştirakı ilə intensiv danışıqlar başladı. Lakin, danışıqlarda ortaq bir nəticə əldə edilmədi.
İlk qarşıdurma Suxuminin Qırmızı Körpü bölgəsində yerli gürcü “Mxedrion” dəstələri ilə baş verdi. Hər iki tərəf itgilər verdi. Seperatçı qüvvələrin müqavimət göstərməyinə baxmayaraq, gürcü hərbi birləşmələri abxaz qüvvələrinin şəhərdən çıxmasından sonra, Qumist çayı boyunca irəllədi. Nəticədə, gürcü qoşunları avqustun 18-də şəhərə daxil olaraq, saat 12:30-da Ali Şuranın binasını döyüşsüz ələ keçirdilər. Artıq buna qədər Ardzınba şəhəri tərk edərək seperatçı hökuməti Qudautaya köçürmüşdü.

Gürcüstan Abaxaziyada nəzarəti bərpa etmək üçün qurudan aparılan əməliyyatlarla yanaşı, avqustun 15-də səhər Abxaziyanın şimalına dənizdən desant çıxarmağa başladı. Qaqra rayonunun Tsandrıpş qəsəbəsinə enən gürcü desant qrupunun məqsədi Gürcüstan Rusiya sərhəd xəttinə nəzarəti bərpa etmək idi. Seperatçı qüvvələr mühasirəyə alındı. 100 nəfərlik seperatçı qrup sahildən gəmilərə yaxınlarşaraq gürcülərə atəş açmağa başladı. Araşdırmalara görə, bu qrupda abxazlarla birgə erməni döyüşçülər də iştirak edirdi.

Əməliyyatın ilk dəqiqələrində bir gürcü döyüşçü həlak oldu, batalyondan bir neçə əsgər yaralandı. Həmin gün, zirehli texnikanın dəstəyi ilə gürcülər Leselidzeyə daxil oldu. Gürcüstan bayrağı Gürcüstan-Rusiya sərhədində qaldırıldı. 19 avqustda gürcü ordusunun digər bölmələri gürcülərin daha çox yaşadığı Qaqra rayonuna desant endirdi və Kolxidanı müqavimətsiz nəzarət altına aldılar.

Əslində, abxazlar mühasirəyə alındı və iki hissəyə bölündü. Nəticədə, bu, gürcü-abxaz müharibəsi zamanı Şərq və Qərb cəbhələrinin meydana gəlməsinə səbəb oldu. Eyni zamanda, Gürcüstan ordusu sıralarına Abxaziyada yaşayan gürcülər də daxil olmağa başladı. Qaqranın ələ keçirilməsindən sonra, seperatçı rejim demək olar ki, Qudautada blokadaya düşdü. Beləliklə müharibənin başlanğıcında, Qaqra rayonunda ermənilərin məskunlaşdığı səkkiz kənddə (bu bölgələr yalnız, 6 oktyabr 1992-ci ildə seperatçı abxaz qüvvələr, həmçinin Rusiyanın müxtəlif bölgələrindən gələn döyüşçülər tərəfindən yenidən tutuldu) nəzarət bərpa edildi. Abxazların nəzarəti altında Yeni Afon bölgəsi qaldı.

Bu dövrdə seperatçı qurumun sistemləşmiş hərbi birləşmələri (1992-ci il 11 oktyabrda yaradılıb) mövcud deyildi. İlkin olaraq respublikanın şərqində partizan taktikasına üstünlük verən və ayrı-ayrı kəndlərdə müqavimət aparan dəstələr formalaşdı. Daha sonra isə onlar özünü Şərq Cəbhəsi adlandırdı. Hazırda ermənilər müharibənin bu hissəsində, yəni başalnğıcında “bitərəf” olduqlarını bildirir, gürcü qoşunlarının onlara qarşı əməliyyatlar aparmasından sonra, birbaşa abxaz yönlü mövqe sərgilədiklərini bəyan edirlər. Halbuki, araşdırmalar bunun tam əksini göstərir.

Belə ki, Gürcü “Mxedrion” qüvvələri erməni kəndlərində dayanaraq, avqustun sonuna qədər seperatçı qüvvələrə qarşı müharibədə iştirak etmək və Gürcüstan qoşunlarının sırasına qoşulmaq üçün erməni vətəndaşlara çağırış göndərməyə başlayıb.
Qaqra rayonu Salma kənd sakini, 1992-1993 cü illər erməni batalyonu döyüşçüsü, Abyan Hamazasp xatırlayır: “Kəndimizdə heç bir insan, işğalçı Gürcüstan ordusuna qatılmadı, heç birimiz öz ölkəmiz– Abxaziyaya qarşı silahlanmadıq. Bəzi gənclər kənddən Rusiyaya getdi, qalan hissəsi isə öz evlərini, kəndini talançılardan qorumağa çalışdı. Artıq müharibənin ikinci günü yerli gürcülər, svan və meqrellər bizə salam vermədi...”

Bu mövqeni xaricdən gələrək erməni ordusuna qoşulan terrorçu desəydi bir o qədər də təəccüblü olmazdı. Yuxarıda göstərildiyi kimi şəxs Gürcüstan vətəndaşı, Salma kənd sakinidir. Artıq vətəndaş, Gürcüstanı işğalçı adlandırır, onunla ölkəsi üçün düşmənə qarşı döyüşmür, əksinə seperatçılar tərəfdə erməni ordusunun tərkibinə daxil olursa bu Vətənə– Gürcüstana qarşı xəyanətdən başqa bir şey deyildi. Hər halda bu vəziyyət Gürcüstan hökümətinə onları zərərsizləşdirmək hüququnu da verirdi.

Təəcüblü deyil ki, Hamazaspın sözləri onun komandiri tərəfindən də təsdiq edilir. Erməni batalyonunun təşkilatçısı, müharibə ərzində onlara komandanlıq edən Vağarşak Kosyan bildirir: “…Kənddəki gənc ermənilərin heç biri əlinə avtomat götürmədi və təcavüzkar tərəfində abxaz xalqına qarşı mübarizəyə getmədi. Əksinə, ermənilər işğal olunmuş kəndlərdə Abxaz vətənpərvərlərindən yeraltı hücrələr yaratdı...”
Araşdırmalara görə, Labra bölgəsində olduğu kimi, ermənilər Qaqrada da gürcülərlə toqquşub. Müharibənin başlanğıcında ilk təşkilatçılardan biri, Qaqra rayonunun Tsandripşa qəsəbəsindən olan, Baqramyan batalyonunun təchizat rəisi Sergey Zabelyan bildirir: “Qaqra şəhərində müharibənin başladığını eşitdikdən sonra, dərhal Tsandripşadakı evimə getdim. Evə gəldikdə gördüm ki, gürcü desantları barj, kater və “kometlər”lə enir. Ağır texnika ilə yanaşı 300-ə qədər piyada qüvvələri də enirdi. Müqavimət göstərənlər arasında Vitali Çirikbaya, Zaur Baqateliya, V.Kapş və digərləri vardı”.

Göründüyü kimi, tezliklə Tsandripşaya gələn Zabelyan Qaqrada gürcü silahlı qüvvələrinə qarşı erməniləri təşkilatlandırmaq üçün fəaliyyətə başlayıb.

“Silahlı qruplar müharibənin başlanğıcını qurdu. Səhər qəsəbədən əməliyyat başlayanda, artıq biz iki yüz nəfər idik. Lakin, bizim kifayət qədər silahımız yox idi. Buna görə də dağılmaq əmri verdim. Yalnız ov tüfəngləri ilə təchiz edilən iyirmi nəfərlik qrup vardı. Qrup gürcü qoşunlarına qarşı müqavimət əməliyyatlarında iştirak edib. Döyüşün başlanğıcında yaxşı mübarizə izlədik. Ümumiyyətlə, müharibənin başlanğıcında ermənilər çox az mübarizə aparıb, çünki onların heç bir silahı yox idi.” – deyə Sergey Zabelyan bildirib.

Təsadüfi deyil ki, Gürcü mənbələri, 15 avqust tarxində 200 erməninin döyüşə hazırlandığını və ilk hücumun Qudaut rayonunun kəndlərindən birinə təşkil edilən 20 nəfərlik qrup tərəfindən edildiyini bildirir. Çox güman ki, bu Sergey Zabelyanın dəstəsi olub.

Belə ki, seperatçı rejimin Qudautaya daşınması ilə Krunk və onun rəhbərliyi də yerdəyişmə edir. Topolyan isə Abxaziyada yaşayan erməniləri gürcü qoşunlarına qarşı etiraza çağırırdı. Mənbələr və Zabelyana görə, ermənilərin mütəşəkkil döyüşlərdə iştirak etməməsi onlarda yetərincə silahların olmaması ilə bağlı idi.

Təbii, münaqişənin başlanğıcında Gürcüstan ermənilərinin hələ də abxaz yönlü qüvvələr kimi qəbul edilməsinə baxmayaraq, Baqramyan batalyonu qurulana qədər onların bir batalyon şəklində (dəstələr istisna olmaqla) döyüş əməliyyatlarında iştirakı gözə dəymir. Amma, Krunk və Maştots gürcü əməliyyatlarının üstünlüyü ilə keçən bu müddət ərzində silahlanmaya da bilməzdi. Bunun üçün öncə qeyd etdiyimiz kimi, Maştots artıq, öz “mədəni xeyriyyə” fəaliyyətlərindən imtina edərək gizli hərbi təşkilata çevrildi və öz növbəsində Krunk da fəaliyyətlərini daha da sistemləşdirərək təşkilatda Albert Topolyanın liderliyini gücləndirdi. Baqramyan batalyonu qurulana qədər, fəaliyyətdə olan kiçik erməni qruplarında silah çatışmamazlığı isə, onların vahid rəhbərlik altında toplana bilməməsindən birbaş asılı idi ki, bunu aşağıda Vağarşak Kosyan da bildirir.

Jurnalist Lavrenti Amşentsnin “Ermənilərin yalnız 1993-cü ilin fevral-mart aylarında silahlanması doğrudurmu ?”sualına Vağarşak Kosyan bu şəkildə cavab verir: “Erməni hərbi bölmələrinin yaradılması üçün obyektiv zəmin daha öncə formalaşıb, artıq o de-fakto yaradılmışdı. Faktiki olaraq bölmə daha öncə yaradılıb! Bütün erməni kəndlərində özünümüdafiə qrupları yaradıldı və onlar abxaz ordusunun fərqli bölmələrinə daxil oldular. Vahid rəhbərlik altında bir-birini anlayaraq koordinasiyada hərəkət etmək onların mənafeyinə xidmət edəcəkdi”.

Nəticədə, avqustun 14-də başlayan əməliyyatlarla Gürcü polisi və Milli Qvardiya qüvvələri abxaz əhalisinin üstünlük təşkil etdiyi ərazilərdən başqa, beş gün ərzində altı şəhərdən dördünü və bölgənin əsas hissəsini tutdu. Demək olar ki, ilk dəfə olaraq yarım ay ərzində ermənilərin məskən saldığı bütün rayon kəndləri, əhalinin xeyli hissəsini təşkil edən Qaqra, Suxumi və Gulpriş şəhərləri də gürcülərin nəzarəti altında keçdi.

Yuxarıda göstərildiyi kimi, erməni dəstələri müstəqil bir birlik olaraq məhz, təxribatçı birləşmələr şəklində peyda olub. Araşdırmalara görə, ilkin olaraq Qaqra erməniləri silahlanıb. Qaqra icmasının Maştots rəhbərliyi təcili toplantı çağıraraq, rəsmən seperatçı rejimi dəstəkləmək və onlar tərəfdən silahlı əməliyyatlara qoşulmaq barədə qərar qəbul edir.

Hərbi əməliyyatlara başlamamışdan öncə, Maştots cəmiyyətinin rəhbərliyi Arsen Çakryan, Avedis Kosyan, xüsusilə Alxadzi və Qandiat bölgələrində böyük təbliğati fəaliyyətlər aparıb. Beləliklə, erməni icmalarının yaydıqları təxribatçı şayələri bəhanə edən şəhərin erməni əhalisi də gürcü qoşunlarının “talanları” ilə bağlı məlumatları araşdırmadan onlara qarşı silahlanırlar. Nəzərə alaq ki, qışın başlaması ilə dağlardakı keçid yolları bağlanırdı. Bu baxımdan, əgər gürcülər ermənilərə qarşı məkirli siyasət aparsaydı, Rusiya ilə sərhədlərin açılmasına maneə olar və beləliklə yerli abxazlarla yanaşı ermənilər də qışdan xilas ola bilməzdi. Araşdırmalara görə, Labra bölgəsində olduğu kimi, ermənilər Qaqrada da gürcülərlə toqquşub. Müharibənin başlanğıcında ilk təşkilatçılardan biri, Qaqra rayonunun Tsandripşa qəsəbəsindən olan, Baqramyan batalyonunun təchizat rəisi Sergey Zabelyan bildirir: “Qaqra şəhərində müharibənin başladığını eşitdikdən sonra, dərhal Tsandripşadakı evimə getdim. Evə gəldikdə gördüm ki, gürcü desantları barj, kater və “kometlər”lə enir. Ağır texnika ilə yanaşı 300-ə qədər piyada qüvvələri də enirdi. Müqavimət göstərənlər arasında Vitali Çirikbaya, Zaur Baqateliya, V.Kapş və digərləri vardı”.

Göründüyü kimi, tezliklə Tsandripşaya gələn Zabelyan Qaqrada gürcü silahlı qüvvələrinə qarşı erməniləri təşkilatlandırmaq üçün fəaliyyətə başlayıb.

“Silahlı qruplar müharibənin başlanğıcını qurdu. Səhər qəsəbədən əməliyyat başlayanda, artıq biz iki yüz nəfər idik. Lakin, bizim kifayət qədər silahımız yox idi. Buna görə də dağılmaq əmri verdim. Yalnız ov tüfəngləri ilə təchiz edilən iyirmi nəfərlik qrup vardı. Qrup gürcü qoşunlarına qarşı müqavimət əməliyyatlarında iştirak edib. Döyüşün başlanğıcında yaxşı mübarizə izlədik. Ümumiyyətlə, müharibənin başlanğıcında ermənilər çox az mübarizə aparıb, çünki onların heç bir silahı yox idi.” – deyə Sergey Zabelyan bildirib.

Təsadüfi deyil ki, Gürcü mənbələri, 15 avqust tarxində 200 erməninin döyüşə hazırlandığını və ilk hücumun Qudaut rayonunun kəndlərindən birinə təşkil edilən 20 nəfərlik qrup tərəfindən edildiyini bildirir. Çox güman ki, bu Sergey Zabelyanın dəstəsi olub.

Belə ki, seperatçı rejimin Qudautaya daşınması ilə Krunk və onun rəhbərliyi də yerdəyişmə edir. Topolyan isə Abxaziyada yaşayan erməniləri gürcü qoşunlarına qarşı etiraza çağırırdı. Mənbələr və Zabelyana görə, ermənilərin mütəşəkkil döyüşlərdə iştirak etməməsi onlarda yetərincə silahların olmaması ilə bağlı idi.

Təbii, münaqişənin başlanğıcında Gürcüstan ermənilərinin hələ də abxaz yönlü qüvvələr kimi qəbul edilməsinə baxmayaraq, Baqramyan batalyonu qurulana qədər onların bir batalyon şəklində (dəstələr istisna olmaqla) döyüş əməliyyatlarında iştirakı gözə dəymir. Amma, Krunk və Maştots gürcü əməliyyatlarının üstünlüyü ilə keçən bu müddət ərzində silahlanmaya da bilməzdi. Bunun üçün öncə qeyd etdiyimiz kimi, Maştots artıq, öz “mədəni xeyriyyə” fəaliyyətlərindən imtina edərək gizli hərbi təşkilata çevrildi və öz növbəsində Krunk da fəaliyyətlərini daha da sistemləşdirərək təşkilatda Albert Topolyanın liderliyini gücləndirdi. Baqramyan batalyonu qurulana qədər, fəaliyyətdə olan kiçik erməni qruplarında silah çatışmamazlığı isə, onların vahid rəhbərlik altında toplana bilməməsindən birbaş asılı idi ki, bunu aşağıda Vağarşak Kosyan da bildirir.

Jurnalist Lavrenti Amşentsnin “Ermənilərin yalnız 1993-cü ilin fevral-mart aylarında silahlanması doğrudurmu ?”sualına Vağarşak Kosyan bu şəkildə cavab verir: “Erməni hərbi bölmələrinin yaradılması üçün obyektiv zəmin daha öncə formalaşıb, artıq o de-fakto yaradılmışdı. Faktiki olaraq bölmə daha öncə yaradılıb! Bütün erməni kəndlərində özünümüdafiə qrupları yaradıldı və onlar abxaz ordusunun fərqli bölmələrinə daxil oldular. Vahid rəhbərlik altında bir-birini anlayaraq koordinasiyada hərəkət etmək onların mənafeyinə xidmət edəcəkdi”.

Nəticədə, avqustun 14-də başlayan əməliyyatlarla Gürcü polisi və Milli Qvardiya qüvvələri abxaz əhalisinin üstünlük təşkil etdiyi ərazilərdən başqa, beş gün ərzində altı şəhərdən dördünü və bölgənin əsas hissəsini tutdu. Demək olar ki, ilk dəfə olaraq yarım ay ərzində ermənilərin məskən saldığı bütün rayon kəndləri, əhalinin xeyli hissəsini təşkil edən Qaqra, Suxumi və Gulpriş şəhərləri də gürcülərin nəzarəti altında keçdi.

Yuxarıda göstərildiyi kimi, erməni dəstələri müstəqil bir birlik olaraq məhz, təxribatçı birləşmələr şəklində peyda olub. Araşdırmalara görə, ilkin olaraq Qaqra erməniləri silahlanıb. Qaqra icmasının Maştots rəhbərliyi təcili toplantı çağıraraq, rəsmən seperatçı rejimi dəstəkləmək və onlar tərəfdən silahlı əməliyyatlara qoşulmaq barədə qərar qəbul edir.

Hərbi əməliyyatlara başlamamışdan öncə, Maştots cəmiyyətinin rəhbərliyi Arsen Çakryan, Avedis Kosyan, xüsusilə Alxadzi və Qandiat bölgələrində böyük təbliğati fəaliyyətlər aparıb. Beləliklə, erməni icmalarının yaydıqları təxribatçı şayələri bəhanə edən şəhərin erməni əhalisi də gürcü qoşunlarının “talanları” ilə bağlı məlumatları araşdırmadan onlara qarşı silahlanırlar. Nəzərə alaq ki, qışın başlaması ilə dağlardakı keçid yolları bağlanırdı. Bu baxımdan, əgər gürcülər ermənilərə qarşı məkirli siyasət aparsaydı, Rusiya ilə sərhədlərin açılmasına maneə olar və beləliklə yerli abxazlarla yanaşı ermənilər də qışdan xilas ola bilməzdi.
Qaqrada ermənilərin silahlanmasını Vağarşak bu şəkildə bildirir: “...Mən ilk gündən və sonradan da Qaqra hadisələrində iştirak etdim. Gürcü ordusu Qaqranı ələ keçirdikdən sonra mən öz kəndimdə faktiki olaraq gizli vəziyyətdə yaşayırdım.Vaxtımın bəzi hissəsini meşədə, bəzi hissəsin evdə keçirirdim.. Ümumiyyətlə gürcülərin Qaqranı ələ keçirməsinə qədər administrasiyanın önünə çoxlu ermənilər gəlirdi, kimisi silahla, kimisi də silahsız... Kəndə getdikdə əvvəlcə qohumları, sonra isə kişiləri hazırlamağa başladım. Daha sonra başqa uşaqlar da cəlb olundu... belə deyək həmfikirlilər. İlk döyüş təcrübəsini isə, biz Qaqra döyüşləri zamanı etdik. Döyüş zamanı düşmən itki də verdi...”

Qeyd edək ki, sonradan Baqramyan batalyonun komandiri olan Vağarşak Kosyan gürcülərə qarşı xüsusi amanslızlığı ilə fərqlənib. Qaqraya gürcülərin desant endirməsindən sonra, artıq Vağarşak da təxribatçı qruplar təşkil edib. Sentyabr ayında Ocamçırsk rayonuna silah emal edən mütəxisis erməni qrupunun gəlməsi isə Vağarşakı daha da həvəsləndirib. Günlərlə yığıncaqlar keçirilir, gürcülərə qarşı hansı növlü təxribat xarakterli addımların atılması müzakirə edilirdi. Oçamçır rayonun Labra kəndində aparılan əməliyyatları bəhanə edən erməni qüvvələri Gürcüstan ordusu və sivil gürcü əhalisinə qarşı təxribat xarakterli əməliyyatlarını sistemləşdirməyə başladı.

Şahid Kvartsxava Qvadi Cemaloviç:
- …Mən Labra kolxozunun sədri Avelyan Ardaş Arutyunoviçin rəhbərliyi altında ermənilərin törətdikləri qətl və qarətlər, həmçinin evlərin yandırılması haqqında çox fakt bilirəm… Avelyanın göstərişi ilə ermənilər 70 nəfər gürcünü, guya Zuqdidiyə aparmaq məqsədilə, mənim əmim Kvaratsxeli Borisin evinə topladılar. Əhali ora öz əmlakı ilə yığılmışdı, sonra ermənilər gəldi və bütün əmlakı onların əllərindən aldılar, 6 erməni isə 16 yaşlı bir gürcü qızını zorladı… Ermənilər bu qızı müdafiə edən rus qadını öldürdülər. Zorlanmış qızı harasa apardılar. Bundan sonra bu qızı orada heç kim görmədi… Mən onu da bilirəm ki, ermənilər Çxetiani Gedevanı, Kvaratsxeli Şalikonu, Kvaratsxeli Kakanı və dördüncünü, Suxumidən olan 50 yaşlı bir nəfəri öldürdülər. Onları oktyabrın 7-də öldürdülər. Öldürülən dörd nəfəri Çxetiani Gedevanın evinə atdılar və yandırdılar…

Şahid Çubinidze Valera Fomiç:
- …Oçamçir rayonunun Labra kəndindən olan ermənilər tərəfindən Pşavi kəndində 26 nəfər öldürülüb…”

Şahidlərin ifadələrinə nəzər saldıqda, gürcülərin ermənilərə qarşı deyil, tam əksinə Labra ermənilərinin gürcülərə qarşı xüsusi qəddarlığını görürük. Bu baxımdan, yuxarıda qeyd edildiyi kimi, sadəcə ermənilərə uydurma bəhanələr kifayət edirdi ki, onlar gürcülərə qarşı silahlansın



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024