Polşa Xarici İşlər Naziri: Viza məhdudiyyətləri Gürcüstanda repressiyalara görə məsuliyyət daşıyanlara şamil edilməlidir
Tarix: 15-07-2025 | Saat: 21:30
Bölmə:Özəl | çapa göndər

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, viza məhdudiyyətləri Gürcüstanda repressiyalara görə məsuliyyət daşıyanlara şamil edilməlidir.
"Mən kommunist dövründə doğulmuşam. Bu, bizə vaxtaşırı ölkəni tərk etmək imkanı verən avtoritar rejim idi və o zaman Avstriya, İsveç, Qərbi Berlin kimi ölkələrə minnətdar idik ki, bizə vizasız giriş imkanı verdi, bu, bizim dünyaya pəncərəmiz idi.
Beləliklə, biz hesab edirik ki, məhdudiyyətləri gürcü xalqına qarşı deyil, repressiyalara görə məsuliyyət daşıyanlara qarşı tətbiq edilməlidir”, - Sikorski bildirib.
Əlavə edək ki, iyulun 15-də Aİ-nin xarici işlər nazirləri Brüsseldə Gürcüstan məsələsini müzakirə etməli və sanksiya, o cümlədən gürcü hakimlərə qarşı sanksiyaların tətbiqi ilə bağlı qərarlar qəbul etməli idilər. Sonda heç bir qərar verilmədi.
Bundan əvvəl Avropa Komissiyasının rəsmi Tiflisə Gürcüstan üçün viza liberallaşdırılmasını dayandırmaqla hədələyən məktub hazırladığı bildirilirdi.
Qeyd edək ki, hazırkı mərhələdə Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız gediş-gəliş 11 ölkə tərəfindən dayandırılıb.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Gürcüstanın diplomatik və xidməti pasportlarına malik şəxslər üçün vizasız rejimin dayandırılması qərarını “Aİ üçün biabırçılıq” adlandırıb. O qeyd edib ki, bu, Avropa İttifaqı tərəfindən beynəlxalq hüququn pozulmasıdır.
Bundan əvvəl Papuaşvili bəyan edib ki, Aİ-nin Gürcüstan üçün vizasız rejimin dayandırılması üçün heç bir hüquqi əsası yoxdur. O qeyd edib ki, vizasız rejim Gürcüstan və Aİ arasında öz hüquq və öhdəliklərini nəzərdə tutan beynəlxalq müqavilədə təsbit olunub.
Xatırladaq ki, 2025-ci il yanvarın 27-də Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslər üçün viza liberallaşdırılmasının dayandırılması barədə qərarı dəstəkləyiblər. Adi pasportlara malik Gürcüstan vətəndaşları “Aİ-yə qısamüddətli səfərlər üçün vizadan azad olmağa davam edəcəklər”. Daha sonra bildirildi ki, "Qərarı üzv dövlətləri qəbul edib və indi onlar özləri bunu daxili qaydalarında həyata keçirməlidirlər. Avropa bununla bağlı belə işləyir".
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-07-2025