Mobil versiya
Aİ Qəzzadakı vəziyyətə "yaxından nəzarət edəcək"
Tarix: 15-07-2025 | Saat: 21:07
Bölmə:Özəl | çapa göndər

Aİ Qəzzadakı vəziyyətə "yaxından nəzarət edəcək"
Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas İsrailin Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması ilə bağlı öhdəliklərini yaxından izləyəcəklərini və yerinə yetirilmədiyi təqdirdə hərəkətə keçməyə hazır olduqlarını bildirib.
AB Xarici İşlər Nazirləri Toplantısının ardından mətbuata açıqlama verən Kallas, Qəzzada humanitar vəziyyətin yaxşılaşdığını göstərən "bəzi müsbət əlamətlər" gördüyünü iddia edərək, "Ancaq İsrailin yerdəki humanitar vəziyyəti yaxşılaşdırmaq üçün daha konkret addımlar atması lazımdır" dedi.

İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 58 min 479-a yüksəlib.
Kallas, AB-nin İsrailin Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaq üçün razılaşdığı addımlara əməl etməsini "yaxından izləyəcəyini" ifadə edərək, Təl-Əvivin bu razılaşma çərçivəsində fəaliyyətləri ilə bağlı hesabatı iki həftədən bir yeniləyəcəklərini açıqlayıb.

Kallas, AB Şurasının tələbi ilə iclasda İsrailə qarşı mümkün tədbirləri təqdim etdiyini qeyd edərək, "Bu mövzuda müzakirə apardıq və bunlar üzv ölkələrin etməli olduğu seçimlərdir. Bu variantları masada saxlayacağıq və İsrail öhdəliklərini yerinə yetirməsə, hərəkətə keçməyə hazır olacağıq. Məqsəd İsraili cəzalandırmaq deyil, Qəzzada vəziyyəti həqiqətən yaxşılaşdırmaqdır" dedi.

Kallas Qəzzadakı vəziyyətin “dözümsüz” olduğunu vurğulayaraq, humanitar vəziyyətin yaxşılaşmadığı təqdirdə üzv ölkələrin İsrailə qarşı əlavə addımları müzakirə edəcəklərini bildirib.

İyulun 10-da Kallas Qəzzaya qida və digər yük maşınlarının gündəlik axınının artırılması, İordaniya və Misirdən gələn yardım marşrutlarının yenidən açılması, ərzaq tədarükünün çörək və mətbəxlər vasitəsilə paylanmasının təmin edilməsi, humanitar müəssisələrdə istifadə üçün yanacaq tədarükünün bərpası, yardım işçilərinin qorunması və su təmizləyici qurğuların bərpası kimi tədbirlər haqqında Tel-Əvivlə razılığa gəldiklərini açıqladı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-07-2025