Mobil versiya
Muzdla çalışan işçilərin sayı açıqlanıb
Tarix: 21-06-2022 | Saat: 11:01
Bölmə:İqtisadiyyat | çapa göndər

Muzdla çalışan işçilərin sayı açıqlanıb

Cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1701,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 904 min nəfər, qeyri-dövlət sektorunda isə 797,3 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən AİA.Az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 30,9 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1670,4 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi tikintidə, 7,2 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19,6 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar. 2022-ci ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,3 saat təşkil edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024