Mobil versiya
Bakıda AA seriyalı “Ferrari”nin sahibi cərimələndi
Tarix: 21-06-2022 | Saat: 09:27
Bölmə:Media | çapa göndər

Bakıda AA seriyalı “Ferrari”nin sahibi cərimələndi

Bakıda məhkəmənin qərarı ilə AA seriyalı “Ferrari” markalı maşının sahibi cərimələnib.

“Qafqazinfo”nun məlumatına görə, işə hakim Azər Tağıyevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində baxılıb.

Belə ki, Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, adı qeyd olunmayan şirkət barəsində 10 may 2022-ci il tarixində tərtib olunmuş inzibati material baxılması üçün məhkəməyə göndərilib.

İş materiallarında qeyd olunub ki, “Ferrari F12 Berlinetta” markalı, 99-AA-511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə şirkət tərəfindən məlumat verilməyib. Bu isə şirkətin İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi anlamına gəlir. Bu maddəyə görə, şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməlidir.

Məhkəmənin qərarına əsasən, şirkət 300 manat cərimələnib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024