Tələbələr üçün “CyberCamp 2022” təşkil ediləcək
Tarix: 20-06-2022 | Saat: 14:55
Bölmə:Təhsil | çapa göndər
İyulun 4–dən 9-dək “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Qubada “CyberCamp 2022” yay düşərgəsi təşkil ediləcək.
Bu barədə AİA.Az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və bu sahədə karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaratmaqdır.
“CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində veb-proqram təminatlarında rast gəlinən və “TOP 10 OWASP” üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında), əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi, zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar,
Kriptoqrafiyaya aid tapşırıqlar istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır.
Yay düşərgəsində kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələrin, eyni zamanda, qeyd edilən sahə üzrə bilik və bacarıqları olan digər tələbələrin iştirakı nəzərdə tutulur.
Yay düşərgəsində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslər Təhsil Nazirliyinin saytındakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün müraciətlər iyunun 27-dək qəbul olunur. İştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslər düşərgədə iştirak hüququ qazanacaq.
Düşərgə çərçivəsində iştirakçılara peşəkar, çevik və innovativ mütəxəssislər dəstək olacaq. İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları da təşkil olunacaq. Düşərgədə iştirakçı sayı məhduddur. Seçilən şəxslərə yay düşərgəsi barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.
Qeyd edək ki, düşərgə ilə bağlı əlaqə yaratmaq istəyənlər suallarını [email protected] (subject: Cybercamp) elektron poçt ünvanına göndərə bilərlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-12-2024