Azərbaycanla Türkiyəni dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
Tarix: 17-06-2022 | Saat: 17:37
Bölmə:Media | çapa göndər
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış «Şuşa Bəyannaməsi» iki qardaş dövlətin ortaq maraqların qorunması üçün siyasət, iqtisadiyyat, müdafiə, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə potensiallarını birləşdirilməsini, 2 ölkə arasında əlaqələrin daha da gücləndirilməsini və dərinləşdirilməsi nəzərdə tutur.
Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırmaqla yanaşı, Türkiyə və Azərbaycan arasında müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Türkiyə və Azərbaycan arasında imzalanmış Bəyannaməni Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru adlandırsaq daha uyğun olar. Tərəflər, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərdə həmrəy olacaq, BMT, ATƏT, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirəcəklər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi-siyasi hadisədir və Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycandakı siyasi qüvvələr tərəfindən dəstəklənməsi həmrəylik nümunəsi olmaqla Bəyannamənin tarixi əhəmiyyətini göstərən böyük faktordur.
Tarixi Qələbə ilə başa çatmış 44 günlük Vətən Müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur. Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır. İşğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir. Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib”. Şuşa Bəyannaməsində Türkiyə və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri xüsusilə diqqətə alınmışdır. Qeyd edilməlidir ki, tərəflərdən hər hansı birinin qənaətinə görə onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü bir dövlət və ya dövlətlər tərəfindən təhdid və hücum reallaşdırıldığında, ortaq müşavirələr keçiriləcək və təhdidin önlənməsi məqsədilə BMT nizamnaməsinə uyğun olaraq lazımi kömək göstəriləcəkdir. Bu hal çox vaciv və böyük tarixi nailiyyətdir.
Həmçinin, Azərbaycanla Türkiyə arasında əlaqələrin bu səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də bütöv bir regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır. Bu əməkdaşlığın güclənməsi, daha da şaxələnməsi Türk birliyinin qurulmasını ürəkdən arzu edən hər kəsin istəyidir. Bu niyyət Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin əsas prinsipidir.
Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq uğurla davam etdirilir. Etibarlı tərəfdaşlıq sayəsində yaranan münasibətlər yeni iqtisadi perspektivlər yaradır. Böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz yaradılmaqdadır.
Bəli bu gün əminliklə deyə bilərik ki, Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
Nuranə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına
7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər