Mobil versiya
146 saylı tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib - FOTOLAR
Tarix: 15-06-2022 | Saat: 10:37
Bölmə:Təhsil | çapa göndər

146 saylı tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib

Bakı şəhəri, Suraxanı rayonu 146 saylı tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib.

Ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng " tədbirinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-367 nömrəli əmrinə uyğun olaraq məktəbimizdə ənənəvi formada "Son zəng" tədbiri təşkil edildi.Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin sektor müdiri Əkbər Qənbərli, məktəbimizin adını daşıdığı Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanım, məktəbimizin məzunu olmuş, 44 günlük Vətən müharibəsi şəhidi Orxan Hüseynovun anası Xalidə xanım iştirak etmişdir.Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Gülzadə xanım Məmmədova qonaqları salamlayaraq məzunlara xoş arzularını çatdırdı. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Röya İslamova , qonaqlar, 11-ci sinif rəhbərləri, müəllimlər, valideynlər çıxış edərək məzunları təbrik etdi, onlara müstəqil həyat yollarında uğurlar arzuladılar.Təhsildə və məktəbin ictimai həyatında qazandığı uğurlara görə bir sıra məzunlar Fəxri fərmanla təltif edildi.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024