Mobil versiya
AzTU-da Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Tarix: 13-06-2022 | Saat: 17:29
Bölmə:Təhsil | çapa göndər

AzTU-da Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri, universitetin müəllim və tələbələri iştirak edib.

Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Daha sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan xalqının gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası 15 İyun – Milli Qurtuluş Günü ilə qoyulub. Bu əlamətdar gün ictimai, siyasi və tarixi baxımından çox böyük əhəmiyyətə malikdir. Rektor qeyd edib ki, 90-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş ölkədə hökm sürən hərc-mərclik, getdikcə gərginləşən siyasi, iqtisadi və sosial vəziyyət, torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalı Azərbaycanı bu bəlalardan xilas edə biləcək liderin hakimiyyətə gəlməsini zəruri edirdi. Bütün xalq bilirdi ki, həmin dövrdə ölkəni bu ağır və dözülməz vəziyyətdən xilas edəcək şəxsiyyət ulu öndər Heydər Əliyevdir. Məhz belə bir məqamda Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı və ölkəmizi ağır bəlalardan xilas etdi. Ulu öndərin hakimiyyətə gəlişi ilə ölkə vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli lider hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini qorudu, ölkəmizin bütün sahələrdə inkişafında, dünyada nüfuzunun artmasında mühüm və həlledici rol oynadı. Rektor onu da qeyd edib ki, bu gün ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində Azərbaycan dünyanın ən nüfuzlu və güclü ölkələri sırasındadır.

Daha sonra çıxış edən millət vəkilləri Elnur Allahverdiyev və Ramin Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP-ın AzTU üzrə Ərazi Partiya Təşkilatının sədri Həbib Mirzəyev qurtuluş gününün tarixi əhəmiyyəti barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, artıq iki ildir Azərbaycan xalqı Milli Qurtuluş Gününü Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində qalib xalq kimi qeyd edir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. O da vurğulanıb ki Heydər Əliyevin siyasi irsi uzun illər tarixçilər və politoloqların araşdırma mövzusu olacaq.

Tərbirin sonunda AzTU-nun bir qrup əməkdaşı və tələbəsinə YAP-ın üzvlük vəsiqəsi təqdim edilib. Tələbələr adından çıxış edən AzTU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Günay Ağabəyova YAP sıralarına qəbul olunduqları üçün partiya rəhbərliyinə təşəkkür edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024