Mobil versiya
Kapital Bank 130-cu xidmət nöqtəsini istifadəyə verdi
Tarix: 09-06-2022 | Saat: 14:34
Bölmə:İqtisadiyyat | çapa göndər

Kapital Bank 130-cu xidmət nöqtəsini istifadəyə verdi

Ölkənin aparıcı banklarından biri olan Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bankdavamlı olaraq filial şəbəkəsini genişləndirir və bu dəfə sayca 106-cı filialı olan Məhəmməd Hadi filialını müştərilərin istifadəsinə verdi. Yeni filial Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 ünvanında (Həzi Aslanov metro stansiyasının çıxışında) fəaliyyət göstərir.

Kapital Bank-ınMəhəmməd Hadi filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/krdt, BirKart sifarişi üçün - https://kbl.az/tkstcrd.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024