Mobil versiya
"Deyir ki, dayın qızını almasan, səni övladlıqdan siləcəyəm"
Tarix: 08-06-2022 | Saat: 17:45
Bölmə:Şou-biznes | çapa göndər

"Deyir ki, dayın qızını almasan, səni övladlıqdan siləcəyəm"

"Son vaxtlar insanlarda sevgisizlik boşluğunu yəqin hiss edirsiniz: davalar, özünü sübut etmə. Adi tıxaclardakı aqressiya var... Bu, bilirsiz nəyin aqresiyyasıdır? Filankəs mənə yol vermədi, o icazə vermir, bu icazə vermir, sən də mənə yol vermirsən? Nə qədər mehribanlıq, sevgi olsa, bir o qədər yaxşı olar. Hər kəsə verilən bir ömür var: ikinci seriyası yoxdur ki, gələn dəfə səhvi düzəldəsən".

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Çimnazla yataqda" yutub layihəsində deyib. Sənətçi son vaxtlar yayaılan qohum nikahlarından danışıb:

"Son zamanlar nə xoşbəxtliyimi, nə də kədərimi paylaşmaq istəyirəm. İnsan böyüdükcə, mütaliə etdikcə, daha dərindən anladıqca, heç nəyi paylaşmır. Sirrini dostuna belə demə.

Valideynlər deyir ki, mütləq xalan qızını almalısan, dayın qızını almasan səni övladlıqdan çıxaracağam. Valideynlər, etməyin. Bunu sən istəyirsən, mən istəmirəm axı. Bir müddət sonra oğlunu evləndirir ki, kişi, ailəsi-uşağı olsun, sonra baxırsan ki, bunlar nəvə oynatmaq üçün məni evləndiriblər. Yenə də müdaxilə, idarəçilik: bəlli bir yaşdan sonra özünə imkan vermirlər ki, adam məsuliyyət hiss etsin, düşünsün, ailəm var.
Onu kirayə çıxarırsan, deyirsən, get ailəni saxla, mənə arxayın olma. Bir tərəfdən arxayınsan, sonra söz-söhbətlər başlayır axı"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024